• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Bakıda FİDE-nin Baş Assambleyasının iclası keçirilir

Bakıda FİDE-nin Baş Assambleyasının iclası keçirilir
11.09.2016 13:55
Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb.

"Report" xəbər verir ki, toplantıda ilk olaraq Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çıxış edib.

Nazir Bakının ev sahibliyi etdiyi 42-ci Ümumdünya Şahmat Olimpiadasından danışaraq bütün qonaqları salamlayıb:

"Azərbaycanda mötəbər idman yarışlarının keçirilməsi artıq ənənə halını alıb. Ötən il Bakı ilk Avropa Oyunlarına, şahmat üzrə Dünya Kubokuna ev sahibliyi etdi. Bu il paytaxtımızda "Formula-1" kimi nüfuzlu yarış təşkil olundu. İndi isə Bakı şahmat dünyasının mərkəzinə çevrilib. Şahmat Olimpiadasının Bakıda keçirilməsi böyük hadisədir. Böyük etimada görə FİDE-yə təşəkkür edirik".

FİDE prezidenti Kirsan İlyumjinov isə 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycana təşəkkür edib:
"Əminliklə demək olar ki, Bakı Şahmat Olimpiadası indiyə qədər keçirilən ən möhtəşəm olimpiadadır. Burada olmaqdan məmnunam. Yüksək təşkilatçılığa görə Azərbaycan hökümətinə, bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm. Hamıya məlumdur ki, Azərbaycanda şahmat çox sevilir. Dünyada ilk dəfə məhz Azərbaycanda şahmatın inkişafına dair Dövlət Proqramı imzalanıb. Məktəblərdə şahmat tədris olunur".

Sonra Azərbaycan Respublikasının dövlət himni, ardınca isə FİDE-nin himni səsləndirilib.

Qeyd edək ki, FİDE-nin 87-ci Konqresi sentyabrın 13-də yekunlaşacaq. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol