• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Ramzan Kadırov İlham Əliyevə minnətdarlığını bildirdi

Ramzan Kadırov İlham Əliyevə minnətdarlığını bildirdi
11.09.2016 13:41
Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycanın Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya paralimpiyaçılarının lisenziyalarının ölkəyə verilməsi təklifindən imtina etməsinə görə minnətdarlığını bildirib.

Trend-in məlumatına görə, bu barədə R.Kadırov öz "İnstaqram" səhifəsində yazıb.

Çeçenistan rəhbəri qeyd edib: "Bakıda növbəti dəfə olduqca mühüm hadisə baş verdi – Azərbaycan BOK-un Rusiya paralimpiyaçıları üçün nəzərdə tutulan lisenziyaların ölkəyə verilməsi ilə bağlı təklifini rədd etdi. Şübhə etmirəm ki, bu xoşməramlı jest məhz Azərbaycan Prezidenti tərəfindən edilib. Beləliklə, İlham Heydər oğlu Azərbaycan və Rusiya idmançılarına eyni hörmətlə yanaşdığını aydın şəkildə nümayiş etdirdi. Bu bizim üçün olduqca dəyərlidir. Azərbaycanın Rusiya ilə bütün sahələrdə həmişə isti, dost münasibətləri olub. Əlbəttə ki, Azərbaycan və Rusiyanın subyekti olan Çeçenistan arasında əlaqələr son dərəcə qardaşlıq xarakteri daşıyır. Tam əminəm ki, bu münasibətlər getdikcə yalnız möhkəmlənəcək. Mən buna görə İlham Heydər oğluna səmimi qəlbdən minnətdarlığımı bildirirəm”.
 


R.Kadırov, həmçinin kikboksçu Zabit Səmədovu səmimi qəbul etdiyinə görə Azərbaycan dövlətinin başçısına minnətdarlığını bildirib.

Çeçenistan Respublikasının başçısı yazıb: "Mauqli" ləqəbli Zabit öz Vətənini - Azərbaycanı və Azərbaycan xalqını planetin idman arenasında layiqincə təmsil edir".


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DTX Bakıda xüsusi əməliyyat keçirib
Siyasət 11:46
DTX Bakıda xüsusi əməliyyat keçirib
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
Siyasət 11:19
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Siyasət 11:17
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Siyasət 10:56
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Ərdoğan Bakıya gəlir
Siyasət 10:34
Ərdoğan Bakıya gəlir
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Siyasət 10:28
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 09:56
"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun"
Siyasət 09:52
"Rusiya-Türkiyə gərginliyin prezidentlərin görüşünə təsir edəcək"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol