• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Ərdoğan: "Türkiyəni PKK bəlasından qurtarmaqda qərarlıyıq"

Ərdoğan:
11.09.2016 18:45
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PKK terror təşkilatının Suriya qolu olan PYD-ni və onun silahlı qanadı YPG-ni məhv edəcəyini bəyan edib.
 
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə vətəndaşlarını Qurban bayramı münasibəti ilə təbrik edən R. T. Ərdoğan xalqın 15 iyulda hərbi çevriliş cəhdinin qarşısını almaqla qəhrəmanlıq göstərdiyini vurğulayıb.
 
Türkiyənin PKK, FETÖ və İŞİD terror təşkilatlarına qarış mübarizə apardığını bildirən R. T. Ərdoğan görünüşdə rəqib olan bu terror təşkilatlarının əslində Türkiyəyə qarşı birgə hərəkət etdiklərini qeyd edib. 15 iyul hərbi çevriliş cəhdindən sonra PKK terror təşkilatının böyük itkilər verməsinə rəğmən, Türkiyədə terror aktlarının sayını artırmasına diqqət çəkən R. T. Ərdoğan əsas məqsədin Türkiyənin Suriyada həyata keçirdiyi əməliyyatı pozmaq olduğunu nəzərə çatdırıb: "Artıq bölgədəki xalqlar da PKK terror təşkilatına qarşı mənfi münasibətini hər keçən gün daha sərt formada ortaya qoymaqdadır. Türkiyəni PKK bəlasından qurtarmaqda qərarlıyıq. FETÖ kimi PKK-nın da xalqımızın, dövlətimizin gücü qarşısında müqavimət göstərmək şansı yoxdur. PKK-nın Suriyadakı qolu PYD və onun silahlı qanadı YPG-ni də eyni aqibət gözləyir. İŞİD terror təşkilatını Suriyada məhv etmək, həm də ölkəmizdə hər hansı terror aktı həyata keçirə bilməyəcək duruma salmaq xalqımız qarşısında borcumuzdur. Ölkə və millət olaraq bizim təhlükəsizliyimizi təhdid edən bütün terror təşkilatlarını arxalarında kimin durmasından asılı olmayaraq yox edəcəyik və kimsə bu addımları atmaqda bizə mane ola bilməz”. 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Dünya 23:35
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Dünya 22:30
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Dünya 22:02
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Dünya 21:25
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Türkiyə XİN Suriyadakı terroru pisləyib
Dünya 20:30
Türkiyə XİN Suriyadakı terroru pisləyib
İsraildə terror aktı olub, ölənlər və yaralananlar var
Dünya 20:07
İsraildə terror aktı olub, ölənlər və yaralananlar var
İsrail Somalilendin müstəqilliyini rəsmən tanıyan ilk ölkə olub
Dünya 19:00
İsrail Somalilendin müstəqilliyini rəsmən tanıyan ilk ölkə olub
Rusiya ordusu Xarkova zərbə endirib, ölən və yaralananlar var
Dünya 18:50
Rusiya ordusu Xarkova zərbə endirib, ölən və yaralananlar var
Türkiyədə terror planlaşdıran şəxssaxlanılıb
Dünya 14:28
Türkiyədə terror planlaşdıran şəxssaxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol