• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

"Qəbələ”nin vitse-prezidenti: “Neftçi” vəziyyətdən çıxa biləcək”

11.09.2016 15:40
Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində "Neftçi” ilə qarşılaşan "Qəbələ” rəqibini 8:0 hesabı ilə darmadağın edib.

"Qafqazinfo” xəbər verir ki, matç başa çatdıqdan sonra "Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb. 

- Oyun və hesab haqqında nə düşünürsüz?

- Bizim üçün əsas olan qələbə qazanmaq idi. Nəticəni belə gözləmirdik. Hesabın o qədər önəmi yoxdu. Əsas lazım olan 3 xalı qazandıq. İki komandadan biri qalib gəldi ki, güclü olan biz idik və biz sevindik. "Neftçi”yə gələcək matçlarda uğurlar arzulayıram.

- Bu qədər böyükhesablı qələbəni Avroliqa öncəsi rəqibə göz dağı vermək kimi dəyərləndirmək olarmı?

- Xeyr elə düşünmürəm. Əsas məqsəd 3 xaldı, yenə deyirəm. Ancaq istənilən hesabda komandanın öz oyun prinsiplərinə sadiq qalması məni sevindirir.

- Sualı tərsinə verək. Belə böyükhesablı qələbə "Anderlext”lə oyun öncəsi komandada rahatlıq, eyforiya yaratmaz ki?

- Xeyr. Tamam fərqli oyunlardı. Komanda hər matça başqa motivasiya ilə çıxır.

- Rəqibin zəifliyi göz qabağındadı, nəticəni nəzərə almasaq, "Qəbələ”nin çıxışı qane etdi sizi?

- Mən bayaq da dedim. Kimə qarşı oynamağımızdan, hesabın neçə olmasından asılı olmayaraq komandanın oyun üslubu dəyişmir. Bu da məni sevindirir.

- Tarixi, kökü olan bir komandanın bu hala düşməsi, belə uduzmasına görə onlara yazığınız gəldi?

- Xeyr. İki komandanın mübarizəsində biri uduzub. "Neftçi”yə uğurlar arzulayıram, inanıram ki, vəziyyətdən çıxa biləcəklər.

- Çingiz Abdullayev hər dəfə qeyd edir ki, "Neftçi” ardıcıl 5 dəfə ölkə kubokunun finalına çıxıb. Bunun ikisində "Qəbələ”ni yolundan kənarlaşdırıb. Bunu həmişə böyük bir uğur kimi qələmə verir...

- Çingiz Abdullayevin fikirlərinə böyük hörmətlə yanaşıram. Yəqin statistikanı, faktı deyir. Olmuş bir şeydi, normal qarşılayırıq. Burda nə var ki?

- Dünən "Qarabağ”ın, bu gün isə "Qəbələ”nin darmadağınla qalib gəlməsi sizi narahat etmir ki? Çempionatda rəqabət yox kimidir.

- Sössüz ki, çempionatda nə qədər güclü komanda olsa, rəqabət nə qədər böyük olsa, inkişaf baxımından o qədər yaxşıdır. Ancaq bu gün reallıq budur və biz bunu qəbul etməliyik.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
İdman 12:18
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
Pirlo:
İdman 09:38
Pirlo: "Terimin taktiki savadı çox aşağı idi, ancaq qışqırıb-bağırırdı"
Zabit Səmədova Çeçenistanda yeni vəzifə verildi
İdman 08:25
Zabit Səmədova Çeçenistanda yeni vəzifə verildi
“DÇ-2018”-in seçmə mərhələsinin oyunları keçirilib – NƏTİCƏLƏR
İdman 05:21
“DÇ-2018”-in seçmə mərhələsinin oyunları keçirilib – NƏTİCƏLƏR
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
İdman 04:41
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
Avropa çempionatını Azərbaycanda iki kanal birgə yayımlayacaq
İdman 02:54
Avropa çempionatını Azərbaycanda iki kanal birgə yayımlayacaq
Rio-2016: Azərbaycan idmançıları 18 medal qazandılar
İdman 02:50
Rio-2016: Azərbaycan idmançıları 18 medal qazandılar
Rio-2016: Azərbaycan ikinci medalını qazandı
İdman 02:22
Rio-2016: Azərbaycan ikinci medalını qazandı
İdman 01:34
"Bakıda "Formula-1" trası dünyada ən sürətli olacaq"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol