• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Naxçıvan hava limanının “Qərb terminalı” istifadəyə verildi

Naxçıvan hava limanının “Qərb terminalı” istifadəyə verildi
12.09.2016 18:25
Sentyabrın 11-də Naxçıvan Beynəlxalq Hava Limanının "Qərb terminalı” istifadəyə verilib.

ANN.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZERTAC-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov açılışı bildirən lenti kəsiblər.

Məlumat verilib ki, Naxçıvan Beynəlxalq Hava Limanının aerovağzal binası tamamilə yenidən qurulub, keçid körpüləri və teloskopik traplar quraşdırılıb. Aerovağzal binası Şərq və Qərb terminallarından ibarətdir. "Qərb terminalı”nda minik və enişlərin təmin olunması üçün ən müasir tipli teleskopik trap quraşdırılıb. Teleskopik trap vasitəsilə sərnişinlər rahatlıqla təyyarələrə minəcək, həmçinin təyyarədən terminal binasına keçəcəklər. Müasir avadanlıqların quraşdırılması sərnişinlərin rahatlığına və uçuşların təhlükəsizliyinə imkan verəcək.

Sərnişin və yüklərin təhlükəsiz və beynəlxalq normalara uyğun daşınmasının təşkil edilməsi üçün terminalda yüksək standartlara cavab verən yoxlama avadanlıqları, 2 ədəd eskalator, məhdud hərəkətli sərnişinlər üçün lift, uşaq əyləncə guşəsi, tranzit səyahət edən sərnişinlər üçün zal, 41 metr uzunluğunda yeni baqaj konteyneri, ana və uşaq otaqları, kafe, tibb otağı, hərbiçi ailələri üçün istirahət otağı və digər xidməti otaqlar istifadəyə verilib. Yenidənqurma işlərindən sonra hava limanının illik sərnişin və yükdaşıma dövriyyəsi xeyli artıb, aerovağzal binasından istifadə edən sərnişinlərin sayı saatda 600 nəfərə çatdırılıb. Həmçinin Naxçıvan Beynəlxalq Hava Limanı eyni vaxtda bir neçə təyyarəni, o cümlədən tranzit uçan təyyarələri qəbul edib, yolasalma imkanına malikdir.

Binada xarici reyslərin qarşılanıb-yola salınması üçün pasport-qeydiyyat bölmələri və viza otağı, o cümlədən sərhəd, gömrük və miqrasiya xidmətlərinin əməkdaşları üçün müasir iş şəraiti yaradılıb, Azərbaycan, ingilis və rus dillərində elektron informasiya köşkü qurulub. Terminal videonəzarət sistemi ilə təmin edilib, kafe fəaliyyətə başlayıb.

"Qərb terminalı” ilə tanışlıqdan sonra kollektivlə görüş olub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Azərbaycanda poliklinikaların sayı artırılır
Cəmiyyət 12:16
Azərbaycanda poliklinikaların sayı artırılır
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Cəmiyyət 12:13
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Cəmiyyət 12:06
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Cəmiyyət 11:52
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Cəmiyyət 11:48
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol