Həmzə Həmzəoğlu: "Qalatasaray"dan FETÖ-yə görə ayrıldım”
"Qalatasaray"ın sabiq baş məşqçisi Həmzə Həmzəoğlu FETÖ təşkilatına üzv olması xəbərlərinə münasibət bildirib.
Qol.az-ın "Hürriyət" qəzetinə istinadən yaydığı xəbərə görə, o, "360 TV"yə müsahibəsində heç vaxt bu təşkilatla əlaqəsi olmadığını deyib. H.Həmzəoğlu əksinə, futbolçu olduğu dönəmdə "Qalatasaray"dan məhz FETÖ-yə görə ayrıldığını deyib:
"Heç bir zaman FETÖ ilə əlaqəm olmayıb. Mənim kim olduğumu hər kəs bilir. "Qalatasaray"dan da futbolçu olduğum vaxt FETÖ-yə görə ayrıldım. Onlarla əlaqəm olmadığı üçün FETÖ-çular məni "Qalatasaray"dan göndərdilər. Mən onlardan çox çəkmişəm. İdmandan başqa heç nə barədə düşünmürəm. Ölkəmə xidmət etmək üçün çalışıram".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər