Meloni Azərbaycana gələcək
İtaliyanın Baş naziri Corciya Meloninin yaxın həftələrdə Azərbaycana rəsmi səfəri planlaşdırılır və tərəflər enerji sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəklər.Bu barədə “Euronews”un məlumat yayıb.
Danışıqlarda əsas diqqət Azərbaycanın təbii qaz ixracının artırılmasına yönələcək. Xüsusilə, Azərbaycan qazının Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə İtaliyaya nəqlinin genişləndirilməsi görüşün əsas mövzularından biri olacaq.