• $
  • £

"İki ildir deyirəm ki, "Neftçi"ni çökdürəcəklər"

14.09.2016 19:22
"İlk öncə gedənlərə uğurlar arzu edirəm. Mən sözümü indi yox, 2 ildi deyirdim ki, "Neftçi"ni çökdürəcəklər. Bu, bir daha hər bir insana dərs olmalıdır".

Bu sözləri Qol.az-a açıqlamasında "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov deyib.

O, "Neftçi"nin icraçı direktoru Elnur Məmmədov və baş məşqçi Vəli Qasımovun istefaya göndərilməsinə münasibət bildirib:

"Hərə öz bacardığı işlə məşğul olmalıdır. İtirən isə tarixi klub "Neftçi" oldu. Ən azı 3-5 il köklü klubu geri saldılar. Azarkeşlərə, ümumi futbola vurulan mənəvi zərbəni, yaranı sağaltmaq lazımdır. Baş məşqçi Vəli Qasımova gəldikdə isə, öz şansını dəyərləndirə bilmədi.

İcraçı direktorla baş məşqçinin göndərilməsi onu göstərir ki, bütün transferlərə nəzarət, danışıqları bu insanlar aparıb. Dünyada ən bacarıqsız əcnəbi menecer belə futbolu bilməyən, başı çıxmayan klub rəsmisini susuz aparıb susuz gətirər. "Neftçi"yə gətirilən səviyyəsiz transferlər bunun əyani sübutudur”.

T.Süleymanov əlavə edib ki, "Neftçi"ni qısa müddətdə dirçəltmək mümkün olmayacaq: "Bundan sonra nə baş verəcək? Müşahidə Şurası nəzarəti gücləndirməli, səhvlərdən nəticə çıxarmalı və düzgün kadr siyasəti aparmalıdır. İki ildə "Neftçi" uçuruma yuvarlanıb. Bundan sonra da düzgün addımlar atılmasa, "Neftçi"ni  qısa müddətdə dirçəltmək mümkün olmayacaq. İctimaiyyəti, jurnalistləri, azarkeşləri günahlandırmaq yox, səhvlərdən nəticə çıxarmaq lazımdır".


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol