Superkubok oyunu – Tallinndə
2018-ci ildə UEFA Superkubokunun oyunu Estoniyanın paytaxtı Tallinndə keçiriləcək.
Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu barədə qərar qurumun bu gün Afinada keçirilən iclasında verilib.
Görüş avqustun 14-də "Lillekyula” stadionunda keçiriləcək. Arenanın hazırda 10 min azarkeş tutumu var. Ancaq superkubok oyununa qədər oturacaqların sayının artırılması nəzərdə tutulub.
Xatırladaq ki, bu gün 2018-ci ildə UEFA Çempionlar Liqasının Kiyevdə keçirilməsi haqda da qərar verilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox