• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

Musiqili Teatr 107-ci mövsümə “O olmasın, bu olsun”la başladı - FOTOLAR

Musiqili Teatr 107-ci mövsümə “O olmasın, bu olsun”la başladı - FOTOLAR
19.09.2016 21:00
Azərbaycan Dövlət Musiqili Teatrı 107-ci mövsümünə 18 sentyabr – Milli Musiqi Günü start verib.
 
ANN.Az xəbər verir ki, Dövlət Musiqili Teatrının mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, yeni mövsümün açılış günü dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” iki hissəli musiqili komediyası nümayiş olunub.
 
Tamaşanın nümayişindən öncə Musiqili Teatrın Ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı çıxış edib. O, dahi Üzeyir Haçıbəylinin yaradıcılığından, Milli Musiqi Gününün əhəmiyyətindən, Dövlət Musiqili Teatrının ötənilki uğurlu fəaliyyətindən, hazırlanması nəzərdə tutulan yeni tamaşalardan bəhs edib. Ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunan 18 senytabr tarixi musiqi mədəniyyətimizin əbədi günəşi, Azərbaycan professional musiqisinin banisi Üzeyir Haçıbəylinin doğum günüdür. Qeyd edək ki, "O olmasın, bu olsun” tamaşası eyni zamanda Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş etdirilib. İki hissəli möhtəşəm operetta tamaşaçılara - festival iştirakçılarına, şəhərimizin qonaqlarına, əcnəbilərə ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə təqdim olunub. 

Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə” Mükafatını qazanmış "O olmasın, bu olsun” tamaşasının quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordenli Cənnət Səlimovadır. Tamaşada əsas rolları milyonların sevimli gülüş ustası,  Xalq artisti, "Şöhrət” ordenli Afaq Bəşirqızı, Əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Nadir Xasıyev, Ağaxan Şərifov, Səmədzadə Xasıyev, Aydan Həsənova və başqaları ifa ediblər.
 







www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət 13:59
"Selfinaz 2"-nin qala gecəsi baş tutdu - GÖRÜNTÜLƏR
Müşviq Abbasov yalan danışır? - Foto
Mədəniyyət 23:07
Müşviq Abbasov yalan danışır? - Foto
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
Mədəniyyət 15:00
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Mədəniyyət 21:11
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Teymur Rəcəbov evləndi - Fotolar
İdman 20:49
Teymur Rəcəbov evləndi - Fotolar
Əməkdar artist vəfat etdi
Mədəniyyət 23:45
Əməkdar artist vəfat etdi
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Mədəniyyət 19:26
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Mədəniyyət 22:04
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Mədəniyyət 09:16
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol