“Atletiko”ya qayıtmaq istəyirəm” – Kurtua
"Atletiko”dan ayrıldıqdan sonra ağır günlər keçirdim. Bir neçə dəfə ağladım. O komandanı tərk etmək asan deyildi”.
Qol.az-ın "Marca”ya istinadən yaydığı xəbərə görə, bu sözləri Belçika millisinin və "Çelsi”nin qapıçısı Dibo Kurtua söyləyib.
"Atletiko” bir ailə kimidir. İlk dəqiqədən ora alışmışdım. Yemək mədəniyyəti, yaşam tərzləri... İndiyədək İspaniya kanalları izləyirəm. Özümü yarı ispan hesab edirəm. Nə vaxtsa yenidən "Atletiko”ya qayıtmaq istəyirəm”.
2018-ci ildə "Çelsi”də müqaviləsi başa çatacaq Kurtua bununla bağlı da danışıb: "Vaxtı gələndə oturub söhbət edəcəyik. Bundan sonra bilinəcək ki, "Çelsi”də qalıram, ya yox”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər