• $
  • £

Güləşçilərimizdən növbəti qızıl medal

Güləşçilərimizdən növbəti qızıl medal
24.09.2016 10:52
Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı davam edir.

Çempionatın üçüncü günündə - sentyabrın 23-də yunan-Roma güləşi üzrə idmançılarımız yarışlara qatılıblar.

Boris Traykovski adına İdman Mərkəzində keçirilən turnirdə güləşçilər 59, 66, 71 və 75 kq çəki dərəcələrində yarışıblar. Güləşçilərimiz günü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.

71 kq-da mübarizə aparan Həsən Əliyev bütün görüşlərini qələbə ilə başa vuraraq çempionatın qızıl medalına sahib olub. Güləşçimiz finalda Rusiya idmançısı Adam Kurakdan üstün olub.

66 kq çəkidə yarışan Kamran Məmmədov da final görüşündə xalça üzərinə çıxıb. Amma o, rusiyalı idmançı Aleksey Kiyankin ilə qarşılaşmada uduzaraq gümüş medalla kifayətlənib.

Digər iki güləşçimiz - Murad Məmmədov (59 kq) və Sənan Əlimirzəyev (75 kq) yığmamıza bürünc medalları qazandırıb. Onlar müvafiq olaraq, Ukrayna nümayəndəsi Yevgeni Myaqki və Almaniya təmsilçisi Yuretsko Adam üzərində inamlı qələbə qazanıblar.

Çempionatın son günündə 80, 85, 97 və 130 kq-da yunan-Roma güləşçiləri yarışacaq.

Qeyd edək ki, buna qədər sərbəst güləş yarışlarında Azərbaycan idmançıları üç - bir qızıl, bir gümüş və bir bürünc medal qazanmışdılar.//qol.az

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol