• $
  • £

Qaz sayğacı koda düşdükdə nə etməli?

Qaz sayğacı koda düşdükdə nə etməli?
30.09.2016 16:53
"Azəriqaz” İstehsalat Birliyi tərəfindən abonentlərin mənzillərində quraşdırılan yeni smart tipli sayğacların əsas xüsusiyyəti istehlakçıların qazla təminatını öncədən ödəniş etməklə həyata keçirmək və eyni zamanda təbii qazdan təhlükəsiz istifadə olunmasını təmin etməkdir. Lakin bir çox hallarda istehlakçılar təbii qazdan istifadə zamanı muvafiq təhlükəsilik qaydalarına düzgün riayət etmir, bu zaman sayğacın klapanı bağlanır, sayğac koda düşür və avtomatik olaraq təbii qazın verlişi dayanır.

ANN.Az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, "Azəriqaz” İB bildirir ki, proqram təminatında aparılmış müvafiq işlər nəticəsində smart tipli qaz sayğacları koda düşdükdə abonent kartları vasitəsi ilə onları işə salmaq mümkündür. Artıq abonentlər öz kartları ilə "ALARM 3”, "ALARM 5” və "FO-44” koda düşmələrini aradan qaldıra bilərlər.

Bunun üçün abonentlər göstərilən təlimatları ardıcıllıqla yerinə yetirməlidirlər:

1. Smart tipli sayğac koda düşdükdə ilk öncə kart koda düşmüş sayğaca daxil edilir. Bu zaman sayğacın ekranında olan informasiya avtomatik olaraq həmin abonentin kartının yaddaşına köçürülür. İki siqnal səsindən sonra kart sayğacdan çıxarılır.

2. İstənilən ödəmə məntəqəsində kartın balansına minimum 1 AZN məbləğində vəsait ödənilir.

3. Ödəniş həyata keçirildikdən sonra abonentin mənzilində olan qaz cıhazları təhlükəsilik tələblərinə uyğun olaraq sızma testinin aparılması üçün bağlı vəziyyətdə saxlanılmalıdır.

4. Kart ödəniş həyata keçirmək üçün sayğaca daxil edilir və iki siqnal səsindən sonra kart sayğacdan çıxarılır.

5. Sayğacın üzərindəki göy düymə (klapan aç) 5 saniyə sıxılı saxlanılır. Bu zaman sayğac özü avtomatik olaraq 190 saniyədən geri saymağa başlayır. Göstərilən müddət bitdikdən sonra saygac koddan çıxır və təbii qazın verilişi bərpa olunur.

Qeyd edək ki, bu əməliyyat üçün heç bir xidmət haqqı tələb olunmur və sayğacın koddan çıxarılması zamanı ödənilən məbləğ abonentin balansına əlavə olunur.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AzerGold Ağdərədə mis yataqlarında geoloji kəşfiyyat aparır
İqtisadiyyat 15:48
AzerGold Ağdərədə mis yataqlarında geoloji kəşfiyyat aparır
İsrail şirkətləri Azərbaycanın aqrar sektoruna dəstək verəcək
İqtisadiyyat 15:43
İsrail şirkətləri Azərbaycanın aqrar sektoruna dəstək verəcək
Yelo Bank-dan yeni kampaniya: "Biznesinə xoş gələcək"!
İqtisadiyyat 12:06
Yelo Bank-dan yeni kampaniya: "Biznesinə xoş gələcək"!
BP SOCAR və “Uzbekneftegaz”ın Özbəkistandakı neft-qaz layihəsinə qoşulub
İqtisadiyyat 11:13
BP SOCAR və “Uzbekneftegaz”ın Özbəkistandakı neft-qaz layihəsinə qoşulub
Bazar günü keçiriləcək imtahanlarda 7 mindən çox şəxs iştirak edəcək
İqtisadiyyat 10:36
Bazar günü keçiriləcək imtahanlarda 7 mindən çox şəxs iştirak edəcək
“Azeri Light” nefti 115 dolları ötüb
İqtisadiyyat 10:07
“Azeri Light” nefti 115 dolları ötüb
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:06
Avro və rubl ucuzlaşıb - məzənnə

PAŞA Bank IPO çərçivəsində səhmlərinin abunə yazılışının müddətini uzadıb
İqtisadiyyat 15:15
PAŞA Bank IPO çərçivəsində səhmlərinin abunə yazılışının müddətini uzadıb
İqtisadiyyat Nazirliyi və SOCAR BP ilə Anlaşma Memorandumu imzalayıb
İqtisadiyyat 15:05
İqtisadiyyat Nazirliyi və SOCAR BP ilə Anlaşma Memorandumu imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol