• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Dollar iki aylıq maksimuma yaxınlaşır

Dollar iki aylıq maksimuma yaxınlaşır
05.10.2016 12:25
Dolların əsas valyutalar səbətinə nisbətən məzənnəsi 2 aylıq maksimumu qorumaqdadır.
 
ANN.Az APA-ya istinadən xəbər verir ki, buna Federal Ehtiyatlar Sisteminin (FED) rəsmi şəxslərinin bəyanatları və xəzinədarlıq istiqrazlarının gəlirliliyinin artması səbəb olub.

Dollarla yanaşı, avro da möhkəmlənməkdədir. Buna isə Avropa Mərkəzi Bankının kəmiyyət yumşaldılması (QE) proqramı çərçivəsində alınan aktivlərin həcminin azaldılacağı ilə bağlı yayılan xəbərlər səbəb olub.

Funt sterlinq isə 30 illik minimum səviyyədə ticarət olunmaqdadır. İnvestorlar "Brexit”in Böyük Britaniyanın iqtisadiyyatına daha ciddi zərbə vurmasından narahatdır.

Qeyd edək ki, dolların indeksi 0,12% enərək 96,057 səviyyəsində qərarlaşıb. Bu isə avqustun 9-dan etibarən qeydə alınan maksimuma, yəni 96,442-yə olduqca yaxındır.

Dollara daha çox dəstək verən Riçmond ştatının Federal Ehtiyat Bankının prezidenti Ceffri Lekrin çıxışı olub. Onun sözlərinə görə, FED tədricən faiz dərəcəsini artırmalıdır:

"Lakin bu prosesi sürətləndirmək olmaz. İndiki faiz dərəcələri inflyasiyanın səviyyəsini 2%-dən yuxarı qaldıra bilər”.

Bununla yanaşı, ABŞ-ın xəzinədarlıq istiqrazlarının gəlirliliyi 2 həftəlik maksimum səviyyədədir. O ki qaldı avroya, avrozonanın vahid valyutası dollara nisbətən 0,1% bahalaşaraq 1,1214 dollar səviyyəsində qərarlaşıb. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol