• $
  • £

Nobel alan professoru Azərbaycanla nə bağlayır? - Dosye

Nobel alan professoru Azərbaycanla nə bağlayır? - Dosye
06.10.2016 14:46
Ötən gün 2016-ci ilin kimya üzrə Nobel mükafatçılarının adları açıqlanıb. İsveç Kral Elmlər Akademiyası yanında Nobel Komitəsi 2016-cı il üçün kimya sahəsində Nobel mükafatının molekulyar maşınların dizaynı və sintezi işində kəşflərinə görə üç alimə - fransalı Jan-Pier Savaja, şotlandiyalı J.Fraser Stoddarta və hollandiyalı Bernard L.Ferinqaya verildiyini elan edib.

Elm adamlarının təltif olunma mərasimi 10 dekabr, Alfred Nobelin ölüm günündə baş tutacaq.

Kimya üzrə elan olunan 3 Nobel mükafatçısından biri Jan-Pier Savaj Bakıda yeni yaradılan Fransa Azərbaycan Universitetinin professorudur.

Milli.Az xəbər verir ki, Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, Jan-Pier Savaj yaxın gələcəkdə Bakıda tələbələrə mühazirə deyəcək.

"Azərbaycanda bu il yeni fəaliyyətə başlayan UFAZ universiteti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Fransanın Strasburq Universitetinin birgə tərəfdaşlığı ilə yaradılıb. Yaxın gələcəkdə Bakıda Nobel mükafatçısının mühazirlərinin şahid ola biləcəyik".

Jan-Pier Savaj 1944-cü ildə Fransanın paytaxtı Parisdə anadan olub və Lui Paster adına Universitetdə fəlsəfə üzrə doktorluq dərəcəsi alıb. 

O, namizədlik işini yazan zaman kriptandların sintezi üzrə ilk araşdırmaların aparılmasında iştirak edib. Doktor araşdırmalarından sonra o, Strasburqa qayıdıb. Hazırda Jan-Pier bu Universitetin fəxri professorudur. 

Jan-Pierin yaradıcılığının əsas hissəsini molekulyar topologiya təşkil edir. O, koordinasiya komplekslərində katenanlar və molekulyar düyünlərin sintezini təsvir edib. 

Jan-Pyer Savaj 26 mart 1990-cı ildən Fransa Milli Akademiyasının üzvü, 1997-ci il noyabrın 24-dən isə akademikdir. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Azərbaycanda poliklinikaların sayı artırılır
Cəmiyyət 12:16
Azərbaycanda poliklinikaların sayı artırılır
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Cəmiyyət 12:13
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Cəmiyyət 12:06
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Cəmiyyət 11:52
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Cəmiyyət 11:48
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol