• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

“Gənclik Mall” –da ən böyük “CinemaPlus” kinoteatrının təntənəli açılışı baş tutdu

“Gənclik Mall” –da ən böyük “CinemaPlus” kinoteatrının təntənəli açılışı baş tutdu
06.10.2016 15:00
Oktyabrın 4-də paytaxın mərkəzində, "Gənclik Mall” Ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən, Dolby Atmos texnologiyası ilə təchiz olunmuş ölkənin ən böyük kinoteatrı "CinemaPlus”un açılışı keçirilib.

Həmin gecənin qonaqları azərbaycanlı ulduzlar, sahibkarlar, iri şirkət rəhbərləri, aktyorlar, ifaçılar, televiziya aparıcıları, rejissorlar, prodüserlər, bloggerlər, yaradıcı gənclərin nümayəndələri, bomond və KİV nümayəndələri olmuşdular.

Açılışda "CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə qeyd etmişdir ki, Azərbaycanda ilk dəfə "CinemaPlus” kinoteatrında Dolby Atmos texnologiyası təqdim olunmuşdur.

Dolby Digital Atmos sayəsində səs tamaşaçıya bütün istiqamətlərdən çatır, o cümlədən zalın yuxarı hissəsindən. Səs müşayiətini kinoteatrın istənilən yerinə yerləşdirmək və yerini dəyişmək imkanı hesabına Dolby Digital Atmos film yaradıcılarına kinoda səsi yeni bir mərhələyə çıxarmaq imkan yaradır. Nəticədə tamaşaçı ekranda baş verənləri sadəcə izləmir, hadisənin mərkəzinə daxil olur. Dolby Digital Atmos texnologiyası ilk dəfə 2012-ci ilin aprel ayında təqdim olunub və bütün hollivud studiyaları tərəfindən istifadə olunur. Bu texnologiya ilə "Oskar” mükafatına layiq görülmüş 11 rejissor və 23 səs rejissoru işləyir. Bu günə kimi, bütün dünya üzrə 300-dən artıq kinoteatr bu texnologiyaya keçib. Tezliklə dünyanın bütün iri kinoteatrları Dolby Digital Atmos texnologiyasından istifadə edəcəyi gözlənilir. Qeyd olunan kinoteatrın layihə rəhbəri isə Fəxrim Quluzadədir.

"CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktor müavini Cəfər Axundzadə və repertuar planlaşdırılması üzrə direktoru Faiq Kazımov qeyd etdilər ki, Dolby Atmos – kinoteatrlar üçün həcmli səs sahəsində bir inqilabdır.

Əsas diqqəti çəkən dekorasiya idi. Foyedə "Dərinsulu horizont” filmi ruhunda bəzədilmiş, su və alovu imitasiya edən neft buruğu, çəllək və uzun xalça quraşdırılmışdır. Bu 2010-cu ildə Meksika körfəzində "Dipuoter-Horayzon” neft platformasında baş vermiş real hadisələr əsasında çəkilmiş, rejissor Piter Berqin ABŞ istehsalı fəlakət-filmidir. Premyera tamaşaçıların alqışları ilə qarşılanmışdır.

Tədbirin sponsorları: Cinema Distribution, AMAPOLA EXCLUSIVE EVENTS və TNT.

Həmçinin qeyd etmək istəyirik ki, "CinemaPlus” kinoteatrlar şəbəkəsinə daxildir: "CinemaPlus 28 Mall”, "CinemaPlus Amburan Mall” və Gəncə şəhərində yerləşən "CinemaPlus Khamsa”.

"CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mədəniyyət 23:44
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
Mədəniyyət 16:21
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
Şamil Buksayev vəfat edib
Mədəniyyət 23:30
Şamil Buksayev vəfat edib
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir  – FOTOLAR
Mədəniyyət 18:16
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir – FOTOLAR
Xalq yazıçısı Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
Mədəniyyət 13:26
Xalq yazıçısı Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
Mədəniyyət 13:36
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Mədəniyyət 18:07
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Mədəniyyət 18:18
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol