• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Gürcüstan parlamentində təmsil olunacaq partiyalar məlum oldu

Gürcüstan parlamentində təmsil olunacaq partiyalar məlum oldu
09.10.2016 19:55
Gürcüstan parlamentinə şənbə günü keçirilən seçkilərlə əlaqədar 3 702 seçki məntəqəsindən 3 667 məntəqə (99,41%) üzrə səslər hesablanıb.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan Mərkəzi Seçki Komissiyası ilkin nəticələrə əsasən parlamentə hakim "Gürcü arzusu” və müxalifətdə olan sabiq prezidenti Mixail Saakaşvilinin  lideri olduğu "Vahid Milli Hərəkat” Partiyasının parlamentdə təmsil olunacağını açıqlayıb.
 
Beləliklə, 3 702 seçki məntəqəsindən 3 667 məntəqə üzrə səslər hesablanıb. "Gürcü Arzusu” 48,61%, Vahid Milli Hərəkat Partiyası 27,04% səs toplayıb. Son nəticələrə görə "Vətənpərvərlər Alyansı”  4,99% səs toplayıb və 5%-lik baryeri aşa bilməyib. "Azad Demokratlar” 4,59%, Leyboristlər Partiyası 3,12%, Respublikaçılar Partiyası isə 1,55% səs toplayıb. 35 seçki məntəqəsi üzrə səslərin hesablanması davam edir.
 
Qeyd edək ki, dünən Gürcüstanda parlament seçkiləri keçirilib. Gürcüstan parlamentinə 150 deputatın 77-i partiya siyahısı (proporsional), 73-2 birmandatlı dairələrdən (majoritar) seçilməlidir. 73 birmandatlı dairədə deputat mandatı uğrunda 816 nəfər mübarizə aparır. Birmandatlı dairələrdə deputat seçilmək üçün  birinci turda namizədlərdən birinin 50 faiz+1 səs toplaması tələb olunur. MSK bundan öncə birmandatlı dairələrin əksəriyyətində seçkilərin ikinci turunun keçirilməsinin gözlənildiyini açıqlayıb. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Payız sessiyasının son iclası dekabrın 30-da keçiriləcək
Siyasət 13:25
Payız sessiyasının son iclası dekabrın 30-da keçiriləcək
Jurnalist olmaq istəyirlərsə, düzgün olsunlar - Deputatdan irad
Siyasət 12:03
Jurnalist olmaq istəyirlərsə, düzgün olsunlar - Deputatdan irad
Prezident idmançılarla görüşüb
Siyasət 11:23
Prezident idmançılarla görüşüb
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:01
Milli Məclisin növbəti iclası başlayıb
Zaxarova AZAL təyyarəsinin qəzaya uğramasını Ukrayna ilə əlaqələndirib
Siyasət 08:00
Zaxarova AZAL təyyarəsinin qəzaya uğramasını Ukrayna ilə əlaqələndirib
Kadırov Prezidenti təbrik edib
Siyasət 20:29
Kadırov Prezidenti təbrik edib
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
Siyasət 18:43
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Siyasət 14:27
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Prezident onları təltif edib - Sərəncam
Siyasət 13:51
Prezident onları təltif edib - Sərəncam
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol