• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

Bakıda çəkilən məşhur xarici filmlər - FOTOLAR

Bakıda çəkilən məşhur xarici filmlər - FOTOLAR
11.10.2016 16:09
Tarixi qədimliyi ilə müasirliyin sintezi sayılan Bakı SSRİ-nin bir çox məşhur filmlərinin çəkiliş meydançalarına çevrilib. Paytaxtımızın tarixi yerləri bir zaman ittifaq rejissorlarının diqqətini cəlb edib.
 


Bu səbəbdən də onlar çəkiliş qrupları ilə Bakıya üz tutaraq, ekran əsərlərindəki qədim dövrləri, "xarici dövlətlər”in şəhərlərini əks etdirən səhnələri şəhərimizdə lentə alıblar. "Brilyant əl”, "Amfibiya adam”, "Tehran 43” kimi əvəzolunmaz filmlərin bəzi hissələri məhz Bakıda çəkilib. Bu səbəbdən hazırda da MDB ölkələrində kino xatirələrinə çevrilmiş "russko turisto”, "çiqle-çiqel”, "xam duralya”, "çert poberi” məsəlləri əbədi olaraq dillərə düşüb.

Publika.az həmin filmlərin çəkildiyi məkanları təqdim edir.
 


1961-ci ildə Vladimir Korenevin baş rolda çəkildiyi "Amfibiya adam” filminin bir hissəsi məhz doğma Bakımızda lentə alınıb. "Əcnəbi” İxtiandrın filmdə ilk dəfə şəhərə çıxdığı yer Amerikanın, Qərbin yox, Bakının bir guşəsidir.
 



Filmdəki fontan əslində quraşdırmadır. Əslində burada heç vaxt fontan olmayıb. Bura əslində adi meydandır. Yeri gəlmişkən, "Amfibiya adam” filminin iki əsas qəhrəmanı Bakıya məftun olduqlarından filmin çəkilişlərindən sonra axşamlar paytaxtımızda küçələrində gəzirdilər.
 


Düzdür, burada çox şey dəyişilib. Amma dəyişilən təkcə məkan deyil, 1961-ci ildən də 55 il ötür.

Filmdə Quttierə məxsus mağazanın olduğu yer də Bakıya aiddir. Fotolardan da göründüyü kimi küçədəki bina əsaslı şəkildə dəyişdirilib. Ev suvaqlanıb və girişlər bağlanıb.

Balkon da dəyişilib. Yeri gəlmişkən, "Qorxma mən səninləyəm” filmi də məhz burada çəkilib.
 



1980-ci ildə SSRİ kinematoqrafçıları Almaniya, İtaliya, Fransa, Britaniyada "Tehran-43” filminin çəkilişlərinə başlayırlar. Plana əsasən, filmin bir hissəsi Tehranda lentə alınmalı idi. Lakin həmin illərdə İranda müharibə olduğundan rejissorlar filmin Tehran hissəsini Bakıda çəkməyə məcbur olurlar.
 


Filmin çəkildiyi yerlər çox dəyişidiyindən bəzi ərazilər tamam tanınmaz olub.

Bakı 1969-cu ildə "Brilyant əl” filminin çəkiliş qrupunu da qarşıladı. Filmin əsas qəhrəmanlarının çəkildikləri yerlər indi də bəzi dəyişiklikləri ilə qalmaqdadır.
 

 

 

"Semyon Semyonoviç”in yenicə tanış olduğu Gennadi Kozonoevi axtardığı küçələr, nəhayət "çert poberi” səhnəsi bundan sonra da hələ bir neçə on il kinosevərlərin yadından çıxmayacaq.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət 13:59
"Selfinaz 2"-nin qala gecəsi baş tutdu - GÖRÜNTÜLƏR
Müşviq Abbasov yalan danışır? - Foto
Mədəniyyət 23:07
Müşviq Abbasov yalan danışır? - Foto
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
Mədəniyyət 15:00
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Mədəniyyət 21:11
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Teymur Rəcəbov evləndi - Fotolar
İdman 20:49
Teymur Rəcəbov evləndi - Fotolar
Əməkdar artist vəfat etdi
Mədəniyyət 23:45
Əməkdar artist vəfat etdi
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Mədəniyyət 19:26
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Mədəniyyət 22:04
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Mədəniyyət 09:16
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol