• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Olland azərbaycanlı deputatın sualını cavablandırdı

Olland azərbaycanlı deputatın sualını cavablandırdı
11.10.2016 16:40
Fransa prezidenti Fransua Olland Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən payız sessiyasının bugünkü plenar iclasında çıxış edəndən sonra Assambleya üzvlərinin suallarını cavablandırıb.
 
APA-nın Avropa müxbiri xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın Avropada multikulturalizm ideyasının tənəzzülə uğradığı, bunun nəticəsində terrorizmin baş qaldırmasını əsas gətirərək, Avropada multikulturalizm ideyasının yenidən canladırılması üçün nələr edilə biləcəyinə dair sualına cavab verən F. Olland Fransanın dünyəvilik modelini misal çəkərək bütün dini təriqətlərin sülh içində birgə yaşamasının mümkün olduğunu bildirib:
 
"Siz bir cəmiyyətdə müxtəlif olan dini təriqətlərin sülh içində yaşaya bilməsini soruşdunuz. Fransada bizim dünyəvilik prinsipimiz var və bu dünyəvilik hamının sülh içində yaşaya bilməsinə, dini azadlıqların təmin edilməsinə və bütün təriqətlərin özlərini ifadə etməsinə imkan yaradır. Əlbəttə, hər bir vətəndaşımız öz dini azadlığından tam şəkildə istifadə edə bilməlidir. Ancaq təbii ki, bu, ümumi yaşam tərzimizə, ictimai həyatımıza heç cür təsir göstərməməlidir. Yəni, dini adət və qaydalara nisbətən başda qanun durmalıdır. Bir sözlə, biz bir yerdə yaşaya bilərik və bizim öz qaydalarımızdan çəkilmək fikrimiz yoxdur. Əsasən də Fransa üçün bu dünyəvilik qaydası çox mühüm məsələdir”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Payız sessiyasının son iclası dekabrın 30-da keçiriləcək
Siyasət 13:25
Payız sessiyasının son iclası dekabrın 30-da keçiriləcək
Jurnalist olmaq istəyirlərsə, düzgün olsunlar - Deputatdan irad
Siyasət 12:03
Jurnalist olmaq istəyirlərsə, düzgün olsunlar - Deputatdan irad
Prezident idmançılarla görüşüb
Siyasət 11:23
Prezident idmançılarla görüşüb
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:01
Milli Məclisin növbəti iclası başlayıb
Zaxarova AZAL təyyarəsinin qəzaya uğramasını Ukrayna ilə əlaqələndirib
Siyasət 08:00
Zaxarova AZAL təyyarəsinin qəzaya uğramasını Ukrayna ilə əlaqələndirib
Kadırov Prezidenti təbrik edib
Siyasət 20:29
Kadırov Prezidenti təbrik edib
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
Siyasət 18:43
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Siyasət 14:27
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Prezident onları təltif edib - Sərəncam
Siyasət 13:51
Prezident onları təltif edib - Sərəncam
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol