• $
  • £

"Ürəkli olsaq, Almaniyanı da..." - Millət vəkili

12.10.2016 23:59
"Millimiz Çexiyaya qarşı ürəklə oynadı. Futbolçularımız əziyyət çəkdilər. Bir az da ürəklə oynasaydıq, qalib gələ bilərdik”.

ANN.AZ xəbər verir ki, bunu azvision.az-a futbol pərəstişkarı olan deputat Aqil Abbas millimizin ötən gün Çexiyaya qarşı keçirdiyi oyunun nəticələrini şərh edərkən deyib.
 
Millət vəkili hesab edir ki, Çexiyanı udmaq olardı, sadəcə olaraq futbolçularımın təcrübəsi buna imkan vermədi: 

"İkinci yerdə qərarlaşmaq asan deyil. San-Marinonu kənara qoyuram, küçə komandasıdır. Amma Norveç və Çexiya ilə mübarizə aparmaq çətin idi. Çexiya ilə heç-heçə etmək əziyyət tələb edirdi. Yaxşı oyun idi . Növbəti oyunlara köklənməq və komandamıza dəstək vermək lazımdır. Bilirsiniz ki, Avropada çoxlu azərbayacanlılar yaşayır. Ancaq bu, yetərli deyil. Təkcə Almaniyada, Fransada, İtaliyada, İsveçrədə 5 milyona yaxın türk yaşayır . Bizim oradakı lobbilərimiz türkləri stadionlara yığmalıdır”. 

A. Abbas Avropada fəaliyyət göstərən diaspora nümayəndələrimizi oyun öncəsi aktiv olmağa səsləyib:
 
"Yadımdadır, Litviyada Türkiyə millisi oynayırdı. Stadionda başdan-ayağa Azərbayacan bayraqları dalğalanırdı. Və camaat da "Neftçi-Neftçi” deyə qışqırırdı. Şərhçi dedi ki,”Neftçi” bizim azeri kardeşlərimizin ən güclü futbol komanadalarından biridir və onlar türk bayrağı ilə yanaşı Azərbaycan bayarağını da götürüb bizi dəstəkləyirlər. Doğrudur, bizim o imkanlarımız yoxdur ki, buradan 3-5 min adamı Avropaya göndərək. Amma aradakı diaspor təşkilatlarımız fəal olmalı, bu istiqamətdə iş görməlidirlər”.

Deputat hesab edir ki, millimizin növbəti oyunları heç də asan olmayacaq:
 
"Növbətdə Almaniya, İrlandiya oyunları var. Bizim üçün çətindir. Amma futbolda nəticəni əvvəlcədən bilmək olmur. Futbolçularımız yaxşı hazırlaşsalar, ürəkli olsalar, Almaniyanı da uda bilərik. Rəqib güclü olsa da, ondan qorxmaq lazım deyil. İnanıram ki, millimiz Almaniyanı udub, dünyada sensasiyaya səbəb olacaq”.

Qeyd edək ki, ötən gün futbol üzrə Azərbaycan yığma komandası 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya millisi ilə görüşüb. Çexiyanın Ostrave-Vitkoviçiç şəhərindəki "Metski” stadionunda oynanılan görüşdə hesab açılmayıb. Futbolçularımız əzmkarlıq göstərərk qapını toxunulmaz saxlayaraq, olduqca mühüm olan bir xalı milli komandamızın aktivinə yaza biliblər. Azərbaycan milli komandası 7 xalla qrupda Almaniyadan sonra ikinci sırada qərarlaşıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol