• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

"Pakistandan yeni silahlar alacağıq" - İlham Əliyev

14.10.2016 15:50
"Bu gün Pakistanın baş naziri ilə bir sıra məsələləri müzakirə etdik. Onlardan biri də dərman istehsalı sahəsində əməkdaşlıqdır. Biz bu sahəni Azərbaycanda inkişaf etdirmək niyyətindəyik”.

ANN.AZ azvision.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Pakistanın baş naziri Nəvaz Şərif ilə keçirdiyi mətbuat konfransında deyb.

Ölkə başçısı bildirib ki, danışların əsas hissəsini hərbi sahədə əməkdaşlıq məsələləri təşkil edib:
 
"Danışıqlarımızın əsas hissəsini hərbi sahədə əməkdaşlıq məsələsi təşkil edib. Bizim hərbi sahədə çox yaxşı əməkdaşlığımız var. Bu gün Azərbaycan və Pakistan ordusunun birgə hərbi təlimlər keçirməsi məsələsini də müzakirə etdik. Pakistan hərbi sənaye baxımından olduqca inkişaf etmiş ölkədir. Azərbaycan son 10 ildə hərbi sənayeni inkişaf etdirir. Biz əlaqələr quraraq birgə silah istehsal edə bilərik. Biz, həmçinin ən son və yüksək texnoloji xüsusiyyətlərə malik silahları almaq niyyətindəyik və bu sahədə Azərbaycan və Pakistan arasında qarşılıqlı anlaşma var”.

Prezident əlavə edib ki, görüşdə həmçinin kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib:
 
"Mən ümid edirəm ki, Azərbaycanda elektron viza sistemi tətbiq olunduqdan sonra bizim pakistanlı qardaşlarımız daha asanlıqla ölkəmizə gələ biləcəklər”.
 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol