• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

“Dünyəvi dövlətçilik, yoxsa dini radikalizm: cəmiyyət nə istəyir?” mövzusunda debat keçirilib

“Dünyəvi dövlətçilik, yoxsa dini radikalizm: cəmiyyət nə istəyir?” mövzusunda debat keçirilib
14.10.2016 16:52
Demokratik İslahatlar Partiyasının konfrans zalında "Dünyəvi dövlətçilik, yoxsa dini radikalizm: cəmiyyət nə istəyir?” mövzusunda ictimai müzakirə olub.   

Müzakirə Qadın Liderliyi Uğrunda İctimai Birliyinin AR prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Sekulyar dövlətçilik, dini radikalizm və insanlığa qarşı çevrilməyən din modeli ilə bağlı qadınlar arasında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində keçirilib.  

Layihənin rəhbəri Ülkər Abdullayeva Azərbaycanda sekulyar dövlətçiliyin tarixi, dini radikalizm problemləri, Azərbaycanın ictimai-siyasi həyatında dinin rolu, o cümlədən Azərbaycan prezidentinin təqdimatı əsasında ölkə qanunvericiliyinə verilən dini məsələlərlə bağlı təkliflərdən bəhs edib. 

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə müsəlman şərqində və türk dünyasında sekulyar dövlətçilik ənənəsinin əsasının Azərbaycanda qoyulduğunu xatırladıb. O, dünyəvi dövlətçiliyimizin qorunması, gücləndirilməsi zərurətindən, hər cür dini radikal meyllərin ölkəmiz və bizi əhatə edən dünya üçün ziyanlı olmasından danışıb. Millət vəkili deyib ki, Azərbaycanda sekulyar dövlətçiliyin inkişafının, möhkəmlənməsinin yolu cəhalətlə mübarizədən və savadlı, dünyada gedən rəqabətdə önə çıxa biləcək gənclərin yetişdirilməsindən keçir. Onun fikrincə, bu missiyanın yerinə yetirilməsində qadınların üzərinə çox böyük vəzifələr düşür. Onlar orta əsrlərin təfəkküründən uzaq durmalı, öz potensiallarını dünyanın gələcəyi üçün önəmli olan elm sahələrinə, faydalı peşələrin öyrənilməsinə sərf etməlidirlər.      

Diskussiyaların gedişində CASCFEN sədri Azər Həsrət, iqtisadçı-ekspert Qadir İbrahimli, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı, ictimai-siyasi fəallardan Yeganə Hacıyeva, Orxan Şahbaz, Rövşən Nəcəfov, Yadigar Nağıyev, hüquqşünas Mehman Muradlı və digər iştirakçılar mövzu ilə bağlı maraqlı fikir və təkliflərini səsləndiriblər.  

Azərbaycan Prezidentinin təqdimatı ilə Milli Məclisə Azərbaycanda dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların, atributların nümayişi, dini fanatizm və dini radikalizm zəminində milli-irqi düşmənçiliyin salınması, o cümlədən bunun KİV vasitəsilə törədilməsinə qarşı AR Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə müvafiq maddələrin salınması təklifi tədbir iştirakçılarının əksəriyyəti tərəfindən təqdir edilib. 
 






www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Azərbaycanda poliklinikaların sayı artırılır
Cəmiyyət 12:16
Azərbaycanda poliklinikaların sayı artırılır
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Cəmiyyət 12:13
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Cəmiyyət 12:06
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Cəmiyyət 11:52
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Cəmiyyət 11:48
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol