• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

İlham Əliyev BMT-nin yeni baş katibini təbrik etdi

İlham Əliyev BMT-nin yeni baş katibini təbrik etdi
14.10.2016 16:51
Azərbaycan prezidenti İlham Əliyev Antoniu Quttereşi Birləşmiş Millətlər Təşkilatının baş katibi vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib.
 
Dövlət başçısının məktubunda deyilir:
 
"Hörmətli cənab Quttereş, Birləşmiş Millətlər Təşkilatının baş katibi vəzifəsinə seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Azərbaycan müstəqillik qazandığı ilk gündən BMT ilə hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verir, təşkilatın bütün strukturları ilə səmərəli əməkdaşlıq edir, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında və dünya ictimaiyyətini narahat edən məsələlərdə BMT-nin mövqeyini dəstəkləyir.
 
Mən sizin Azərbaycana etdiyiniz səfərlərinizi, sizinlə keçirdiyimiz görüşləri və apardığımız fikir mübadilələrini məmnunluqla xatırlayıram. Ümidvaram ki, dünyada sülhün, təhlükəsizliyin və əmin-amanlığın bərqərar olunmasında, qarşıya qoyulan qlobal vəzifələrin həllində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
 
Biz həmçinin, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin işğaldan azad olunması, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın doğma yurd-yuvalarına qayıtması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə ədalətli həlli istiqamətində BMT-nin baş katibi kimi şəxsən sizin səylərinizə böyük ümidlər bəsləyirik.
 
Bir daha sizi təbrik edir, bəşəriyyət qarşısında duran qlobal problemlərin aradan qaldırılması, dünyada sülhün və təhlükəsizliyin bərqərar olunmasında mühüm və aparıcı rola malik BMT-nin baş katibi vəzifəsində sizə uğurlar arzu edirəm”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DTX Bakıda xüsusi əməliyyat keçirib
Siyasət 11:46
DTX Bakıda xüsusi əməliyyat keçirib
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
Siyasət 11:19
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Siyasət 11:17
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Siyasət 10:56
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Ərdoğan Bakıya gəlir
Siyasət 10:34
Ərdoğan Bakıya gəlir
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Siyasət 10:28
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 09:56
"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun"
Siyasət 09:52
"Rusiya-Türkiyə gərginliyin prezidentlərin görüşünə təsir edəcək"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol