• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Kamal Abdullanın oğlunu Məleykə Abbaszadənin qızı əvəzlədi

Kamal Abdullanın oğlunu Məleykə Abbaszadənin qızı əvəzlədi
15.10.2016 11:50
Azərbaycan Dövlət Pedaqoji Universitetində kadr dəyişiklikləri olub.
 
APA-nın xəbərinə görə, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Mehdi Abdullayev işdən çıxarılıb. Onun yerinə keçmiş Azərbaycan Müəllimlər İnstitutunun prorektoru Nigar Abbaszadənin təyin ediləcəyi gözlənilir.
 
ADPU-nun rektoru Cəfər Cəfərov APA-ya faktı təsdiqləyib və  bildirib ki, Mehdi Abdullayev başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi ilə işdən azad olunub: "O, Azərbaycan Respublikası Prezidenti yadında Dövlət İdarəçilik Akademiyasında analoji vəzifəyə gedib. Onun yerinə bir neçə namizəd var və Nigar Abbaszadə də onlardan biridir. Hələ təyinat olmayıb, bu məsələ nazirliyin səlahiyyətindədir. Çox güman ki, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə olacaq”.
 
C.Cəfərov vurğulayıb ki, ali məktəbin rəhbər heyətində kadrlar şöbəsinin müdiri, tədris-metodik şöbənin rəhbəri dəyişilib, digərləri işini davam etdirir.
 
Qeyd edək ki, Mehdi Abdullayev Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullanın oğlu, Nigar Abbaszadə isə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qızıdır. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol