• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Azərbaycanda yeni zavod tikiləcək

Azərbaycanda yeni zavod tikiləcək
29.05.2020 09:39
Sumqayıt Kimya Sənaye Parkında sənaye parkının rezidenti olan "AzerFloat” QSC və Almaniyanın "HORN Glass Industries AG” şirkəti arasında saziş imzalanıb. 

İqtisadiyyat Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, şüşə əritmə texnologiyaları sahəsində 125 illik təcrübəyə malik olan Almaniyanın "HORN Glass Industries AG" şirkəti Sumqayıt Kimya Sənaye Parkının ərazisində yaradılacaq şüşə lövhələri istehsalı müəssisəsinin layihələndirilməsini həyata keçirəcək, müəssisəni müasir avadanlıqlar və texnologiyalarla təchiz edəcək.
 
"AzerFloat" QSC şirkəti Sumqayıt Kimya Sənaye Parkında "Float” texnologiyası (isti vannada yayma) əsasında şüşə lövhələr istehsalını təşkil edəcək. Layihə çərçivəsində ildə 8 mln. kvadratmetr müxtəlif çeşiddə şüşə lövhələr istehsal etmək gücündə olan Vərəqə Şüşə İstehsalı Zavodu inşa ediləcək, 150 nəfər işlə təmin olunacaq.
 
Ümumi investisiya dəyəri 89 mln. avro təşkil edən layihənin 2018-ci ilin sonuna istismara verilməsi nəzərdə tutulur.
 
Qeyd edək ki, hazırda ölkədə vərəqə şüşələrə olan tələbat əsasən idxal məhsulları hesabına təmin olunur. "AzerFloat” QSC-nin istehsal edəcəyi məhsullar daxili tələbatı ödəməklə yanaşı, "Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac ediləcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda yeni zavod tikiləcək
İqtisadiyyat 09:39
Azərbaycanda yeni zavod tikiləcək
İqtisadiyyat 07:17
"Forbes" Azərbaycan haqqında süjet hazırladı - VİDEO
Prezident gəlirlərlə bağlı tapşırıq verdi
İqtisadiyyat 01:13
Prezident gəlirlərlə bağlı tapşırıq verdi
Mərkəzi Bank depozit hərracı keçirdi - 39,5 mln. manat
İqtisadiyyat 00:02
Mərkəzi Bank depozit hərracı keçirdi - 39,5 mln. manat
Çörək bahalaşacaq? – ZAVODDAN AÇIQLAMA
İqtisadiyyat 22:53
Çörək bahalaşacaq? – ZAVODDAN AÇIQLAMA
İlin sonunda manatı nə gözləyir? - AÇIQLAMA
İqtisadiyyat 22:48
İlin sonunda manatı nə gözləyir? - AÇIQLAMA
İlham Əliyev
İqtisadiyyat 22:01
İlham Əliyev "vergi amnistiyası" qanununu təsdiqlədi
Azərbaycanda benzin yenə bahalaşdı – QİYMƏT
İqtisadiyyat 09:30
Azərbaycanda benzin yenə bahalaşdı – QİYMƏT
Azərbaycanda “Hostel” tipli yerləşdirmə vasitələri yaradılacaq
İqtisadiyyat 19:48
Azərbaycanda “Hostel” tipli yerləşdirmə vasitələri yaradılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol