• $
  • £

"Onu əvəzedici komandaya göndərmişəm" - Qurban Qurbanov

15.10.2016 21:15
"Vacib 3 xal qazandıq. Asan olmadı. Rəqib hər oyun bizə qarşı fərqli oyun üslubda çıxış edir. Azarkeşlərimiz sevindi, 3 qol gördülər. Çoxdandır futbolçular bir yerdə deyildi. Buna görə də bəzi çatışmazlıqlar var idi. Qarşıdakı PAOK-la vacib oyunumuz var. Amma bütün fikirlərimiz bu oyunda idi. 4 günümüz var. Bu müddət ərzində məşqlərdə diqqətli olmalıyıq. Rəqibi analiz edib, oyuna hazırlaşmalıyıq. Samir Abasova uğurlar arzu edirəm. Hər oyun meydanda yeniliklər edir. Bu da onun çalışqanlığının göstəricisidir".

ANN.Az-ın futbol11.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 8-ci turunda "Sumqayı"la oyundan(3:0) sonra keçirilən mətbuat konfransında deyib.

Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
 
- Siz çətin oyun keçdiyini desəz də, Samir Abasov "Qarabağ"ın məşq etdiyini söylədi...

- Mən sadəcə, öz fikirlərimi bildirdim. Həqiqətən də çətin idi. Çünki futbolçular xeyli müddət bir yerdə deyildi. Futbolçular üçün də asan olmadı.
 
- Rəşad Sadıqovun durumu nə yerdədir?

- Rəşad sabahdan məşqlərə başlayacaq. Amma ağrıları var. Həkim nəzarətindədir. Həkimlər daha diqqətli olmalıdırlar ki, zədənin üzərinə zədə yüklənməsin.
 
- İlqar Qurbanovun oyunundan razı qaldınız?

- İlqar elə futbolçudur ki, ona tərifləmək olmaz (gülür). Oyunun gedişatında istədiyimiz oyunu qura bilmirdik. Ümumi olaraq razı qaldım. Sona kimi daha da diqqətli olmalıdı. Amma bəzi çatışmazlıqları var.
 
- Elvin Yunuszadə haradadır?

- Elvinin qızdırması var. Onu əvəzedici komandaya göndərmişdim. İntizamı pozmuşdu. Sağlam olsaydı da, oynamayacaqdı.
 
- Vüqar Nadirov əvəzedici komandanın son oyununda iki qol vurub. Növbəti oyunlarda onun əsas komandanın heyətində meydandan görə bilərik?

- Vüqar üzərində həqiqətən də çalışır. Əvəzedicilərdə qolsuz meydanı tərk etmir. Qarşıdakı oyunlarda çıxış etmə ehtimalı çoxdur.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol