• $
  • £

"Maştağadan futbolçu çıxmayıb" - Baş məşqçi

29.05.2020 12:10
Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində keçirilən AZAL - "Kəpəz" matçı qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

ANN.AZ Futbol11.az-a istinadən xəbər verir ki, qarşılaşmadan sonra bakılıların baş məşqçisi Tərlan Əhmədov oyunla bağlı fikirlərini bildirib.

"Ötən mövsüm bu meydanda qalib gələndə deyirdilər ki, AZAL meydançanı lənətləyib, rəqiblər uda bilmirdilər. İndi isə 83-cü dəqiqələrdə qol buraxıb, məğlub oluruq. İndi həmin adamlar niyə bu barədə yazmırlar?”

Əhmədov bundan başqa komandada lider oyunçunun olmamasından şikayətlənib:
 
"Keçən il komandanın lideri var idi, bu gün yoxdu. Rail Məlikov ötən il bu funksiyanı yerinə yetirirdi. Murad Səttarlı, Namaşkonun bizə çox köməyi deyirdi. Futbolçuların səviyyəsinə uyğun nəsə etməyə çalışırıq”.

"Hümbətovun yerinə başqa futbolçunu oynatmaq olmazmı?” sualına məşqçi belə cavab verib:
 
"Özünüz suala cavab verdiniz. Məndən olsaydı, Vadar müəllimi həmin mövqeydə oynadardım. Kamil Hüseynova demişəm ki, Maştağadan futbolçu çıxmayıb. Amma sən göz muncuğusan. Başqa alternativ yoxdu. Ya məcburam, özüm oynayım, ya da o”.

Qonaqların baş məşqçisi Şahin Diniyev isə bunları deyib:

 

"Birinci hissədə oyunumuz yaxşı alınmadı. Fasilədə futbolçulara lazımi tapşırıqları verdik. Rəqib artıq səhv etməyə məcbur idi. Yekunda lazım olan qolu vurduq. İkinci hissədə xeyli qol şansımız olsa da, onları boşa verdik. AZAL bu gün çox yaxşı mübarizə apardı. İnana bilmirəm ki, bu komandanın cəmi 2 xalı var. AZAL-ın müdafiəsini yarmaq çox çətin idi”. 

Şahin Diniyev süni meydançalar barədə sualı belə cavablandırıb:
 
"Ayağımızı yorğanımıza görə uzatmaqlıyıq. Bu gün elə imkan yoxdur ki, süni meydanlardan imtina edək. Amma razıyam ki, belə qazonda oynamaq çətindir. Uşaqların bu cür meydançada hazırlıq keçməsi cinayətdir. Ötən il bu stadionda 3 oyunçumuz zədələnmişdi. Bu il yenə Dario sıradan çıxdı. Futbol naminə bu meydançaları ləğv etmək lazımdır. Bizim meydançamız da ideal deyil. Roman Qriqorçukun süni meydandan şikayət etməsini anlayıram”.

Təcrübəli mütəxəssis qarşılaşmadan sonra Əliyar Ağayevlə aralarında olan dialoqdan da bəhs edib: "Ona dedim ki, deyəsən, "Roma" ilə oyundan sonra salam vermirsən. Əliyar da qayıtdı ki, ilk növbədə sizə salam verdim axı. Mənim yadımdan çıxmışdı”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol