• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Dövlət başçısı: “Azərbaycan ordusu dünyada güclü ordular sırasındadır”

Dövlət başçısı: “Azərbaycan ordusu dünyada güclü ordular sırasındadır”
17.10.2016 17:44
"Azərbaycanda ordu quruculuğu sahəsində ciddi addımlar atılır. Azərbaycan ordusu dünyada güclü ordular sırasındadır”.
  
APA-nın məlumatına görə, bu sözləri Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki, aprel hadisələri bir daha bunu təsdiq edib.
 
Azərbaycanın dinlərarası, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa töhfəsindən danışan dövlət başçısı bu istiqamətdə bir çox ölkələrə nümunə göstərildiyini vurğulayıb: "Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri özlərini rahat hiss edir və bu, bir sərvət kimi qorunur. Azərbaycan müstəqil siyasət aparır və xalq bu siyasəti dəstəkləyir. Ötən ay keçirilən referendum bunu bir daha sübut etdi. 25 il böyük bir tarixdir. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik və uğurla yaşaya bilərik. Gözəlləşən şəhərlər, abadlaşan bölgələr və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı şəhəri bunun əyani sübutudur. Biz gələcəkdə də bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəliyə gedəcəyik. Müstəqilliyimiz dönməz, əbədidir. Müstəqilliyimizin möhkəmlənməsində bütün Azərbaycan xalqına yeni uğurlar arzulayıram. Yaşasın müstəqil Azərbaycan Respublikası!”


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DTX Bakıda xüsusi əməliyyat keçirib
Siyasət 11:46
DTX Bakıda xüsusi əməliyyat keçirib
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
Siyasət 11:19
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Siyasət 11:17
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Siyasət 10:56
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Ərdoğan Bakıya gəlir
Siyasət 10:34
Ərdoğan Bakıya gəlir
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Siyasət 10:28
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 09:56
"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun"
Siyasət 09:52
"Rusiya-Türkiyə gərginliyin prezidentlərin görüşünə təsir edəcək"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox