• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

İlham Əliyev: "Rusiya təyyarəsinin vurulmasında kənardan təxribat olub"

İlham Əliyev:
18.10.2016 11:50
"Bəzi qüvvələr Moskva ilə Ankaranın yaxınlaşmasını narahatlıqla müşahidə ediblər”.
 
ANN.AZ APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın "Sputnik” agentliyinə müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib.
 
Azərbaycan prezidenti əmin olduğunu bildirib ki, Türkiyə tərəfindən Rusiyanın Su-24 təyyarəsinin vurulması insidentində kənardan təxribat olub.

"Hesab edirəm ki, Rusiya ilə Türkiyə arasında münasibətlərin normallaşması ədalətin bərpasıdır, faciəvi anlaşılmazlığın aradan qaldırılmasıdır. Yəqin ki, səbəbləri analiz ediləcək. Bildiyim qədər artıq analiz olunub. Məlumatlarımıza görə, burada Rusiya və Türkiyənin yaxınlaşmasını narahatlıqla müşahidə edən müəyyən qüvvələrin müdaxiləsi olmamış deyil. Sadəcə mən müəyyən obyektiv müşahidələrə əsaslanan qiymətləndirməni verirəm", - deyə o vurğulayıb.
 
Azərbaycan prezidenti baş verən hadisədə kənar təxribatın olmasını istisna etməyib:
 
"Hər halda bu baş verəndə, ağlımıza ilk gələn o oldu ki, bunu istisna etmək olmaz. Çünki bu, qətiyyən Türkiyənin marağında deyildi və biz kiminsə bu qeyri-dost addıma qəsdən getdiyini ehtimal edə bilməzdik. Aydındır ki, bu faciəvi hadisədən sonra emosiyalar işə düşdü, bu emosiyalar müəyyən mənada vəziyyəti bürüdü və orada baş verənləri aydınlaşdırmaq çətin idi. Artıq emosiya emosiyanın üstünə gəlirdi, bir söz cavaba səbəb olurdu, nəticədə dayandırılması çətin olan halqa yaranırdı. Bu, artıq dayandırılıb. İndi aydınlaşdırmaq lazımdır. Düşünürəm və əminəm ki, burada təxribatsız ötüşməyib. Çünki Rusiya-Türkiyə münasibətlərinin ruhu və xarakteri qətiyyən Rusiya hərbi aviasiyasının uçuşların bu cür reaksiyanı nəzərdə tutmurdu”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Jurnalist olmaq istəyirlərsə, düzgün olsunlar - Deputatdan irad
Siyasət 12:03
Jurnalist olmaq istəyirlərsə, düzgün olsunlar - Deputatdan irad
Prezident idmançılarla görüşüb
Siyasət 11:23
Prezident idmançılarla görüşüb
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:01
Milli Məclisin növbəti iclası başlayıb
Zaxarova AZAL təyyarəsinin qəzaya uğramasını Ukrayna ilə əlaqələndirib
Siyasət 08:00
Zaxarova AZAL təyyarəsinin qəzaya uğramasını Ukrayna ilə əlaqələndirib
Kadırov Prezidenti təbrik edib
Siyasət 20:29
Kadırov Prezidenti təbrik edib
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
Siyasət 18:43
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Siyasət 14:27
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Prezident onları təltif edib - Sərəncam
Siyasət 13:51
Prezident onları təltif edib - Sərəncam
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Siyasət 09:39
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox