• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Asim Mollazadə Avstraliyada Azərbaycanın müstəqillik günü ilə bağlı tədbirdə

Asim Mollazadə Avstraliyada Azərbaycanın müstəqillik günü ilə bağlı tədbirdə
18.10.2016 12:07
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Avstraliyada Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar keçirilən təntənəli mərasimdə iştirak edib.

ANN.Az xəbər verir ki, millət vəkili Azərbaycanın müstəqilliyindən, bugünkü dünya üçün çox aktual olan tolerantlığından, multikultural ənənələrindən bəhs edib.

Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Avstraliyanın Pert şəhərində qeyd edilən tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Rövşən Cəmşidov, Qərbi Avstraliyada Azərbaycanın fəxri konsulu Aydan Rzayeva, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov,  Milli Məclisin deputatı, Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Xanlar Fətiyev çıxış ediblər. Onlar Azərbaycanın 25 il əvvəl bərpa edilən müstəqilliyinin qorunmasından, möhkəmləndirilməsindən, ötən müddətdə ölkəmizin beynəlxalq aləmdəki rolundan danışıblar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat veriblər.

Tədbirdə Avstraliya parlamentinin parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sabiq sədri Lyuk Simpkins, Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Con Hammond, Qərbi Avstraliya parlamentinin deputati Elizabet Behjat çıxış edərək ölkəmiz haqqında xoş sözlər deyiblər.

Mərasimdə Avstraliyanın dövlət və hökumət rəsmiləri, diplomatik korpusunun nümayəndələri, biznes dairələrinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri, Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Azərbaycan, Türk, Yəhudi icmalarının təmsilçiləri, həmçinin ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycanın millət vəkilləri Qərbi Avstraliya Evinin və Qərbi Avstraliya Senatının spikerləri ilə görüşüblər.







www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Jurnalist olmaq istəyirlərsə, düzgün olsunlar - Deputatdan irad
Siyasət 12:03
Jurnalist olmaq istəyirlərsə, düzgün olsunlar - Deputatdan irad
Prezident idmançılarla görüşüb
Siyasət 11:23
Prezident idmançılarla görüşüb
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:01
Milli Məclisin növbəti iclası başlayıb
Zaxarova AZAL təyyarəsinin qəzaya uğramasını Ukrayna ilə əlaqələndirib
Siyasət 08:00
Zaxarova AZAL təyyarəsinin qəzaya uğramasını Ukrayna ilə əlaqələndirib
Kadırov Prezidenti təbrik edib
Siyasət 20:29
Kadırov Prezidenti təbrik edib
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
Siyasət 18:43
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Siyasət 14:27
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Prezident onları təltif edib - Sərəncam
Siyasət 13:51
Prezident onları təltif edib - Sərəncam
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Siyasət 09:39
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox