• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

"Azərbaycanda istisnasız olaraq bütün demokratik normalar təmin edilir"

18.10.2016 14:32
"Azərbaycanda istisnasız olaraq bütün demokratik normalar təmin edilir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Sputnik"ə müsahibəsində beynəlxalq ictimaiyyətin Azərbaycana münasibətdə tənqidi və ikili standartlarını şərh edərkən deyib.
 
"Bizdə mətbuat azadlığı, yüzlərlə qəzet, jurnal, televiziya, çoxlu kanallar, senzurasız internet var və artıq əhalinin 75%-dən çoxu internet istifadəçisidir. Axı bu şəraitdə mətbuata təzyiq edilməsi barədə necə danışmaq olar?! Bu, mümkün deyil və belə hədəfimiz də yoxdur. Bizdə hər cür azadlıq təmin edilir, buna baxmayaraq, Azərbaycan daim demokratiya olmaması, insan hüquqlarının pozulması baxımından əsassız hücumlara hədəf olur. Bütün bunlar siyasi çalarlı hərəkətlərdir və onlar reallıqla heç cür uzlaşmır, Azərbaycanın təzyiq və şantaj edilməsi, qarayaxma xaraketeri daşıyır" - İlham Əliyev deyib.
 
O bildirib ki, bütün bunlar Azərbaycanın müstəqil siyasət yürütməsindən, öz yolu ilə getməsindən irəli gəlir: "Biz müstəqil siyasət aparırıq və bu, heç kimə, hətta bizə çirkin hücum edənlərə belə, yönəlməyib. Bizim Avropa İttifaqına üzv ölkələrlə çox geniş siyasi, iqtisadi və energetika əlaqələrimiz, ABŞ ilə siyasi əlaqələrin səviyyəsində tərəfdaşlıq münasibətlərimiz var. Amma görünür, bu ölkələrin bəzi dairələrinə bu, kifayət etmir, onlar daha çoxunu istəyir".
 
"Azərbaycan müstəqil, suveren dövlətdir və hamıdan buna hörmət etməyi xahiş edirik" - prezident vurğulayıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DTX Bakıda xüsusi əməliyyat keçirib
Siyasət 11:46
DTX Bakıda xüsusi əməliyyat keçirib
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
Siyasət 11:19
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Siyasət 11:17
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Siyasət 10:56
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Ərdoğan Bakıya gəlir
Siyasət 10:34
Ərdoğan Bakıya gəlir
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Siyasət 10:28
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 09:56
"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun"
Siyasət 09:52
"Rusiya-Türkiyə gərginliyin prezidentlərin görüşünə təsir edəcək"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox