• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

"Səfərin məqsədi neftin qiymətinin tənzimlənməsi üçün fikir mübadiləsi aparmaqdır" - Nikolas Maduro

22.10.2016 15:17
Azərbaycan Milli Məclisin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduronun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Spiker Venesuela prezidentinin ilk rəsmi səfərinin münasibətlərin inkişafına təkan verəcəyinə inamını ifadə edib.
 
O qeyd edib ki, Venesuela Milli Assambleyasına rəhbərlik etmiş bir şəxsin bu gün Milli Məclisdə görüş keçirməsi parlamentlərarası münasibətlərə də öz təsirini göstərəcək:
 
"Azərbaycan Venesuela ilə hərtərəfli əlaqələrin inkişafına böyük önəm verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkələrimiz arasında siyasi əlaqələr yaxşı səviyyədədir".
 
Venesuela prezidenti bildirib ki, ölkəsi Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafında maraqlıdır:
 
"Neft ölkəsi kimi tanınan Venesuela  OPEK-ə daxil olan və təşkilatdan kənar neft hasilatı ilə məşğul olan ölkələrlə əlaqələrin inkişafını, təcrübə və informasiya mübadiləsini önəmli hesab edir. Səfərdən məqsəd də qlobal iqtisadi böhranın dünya iqtisadiyyatına təsirləri fonunda neftin qiymətinin tənzimlənməsi üçün bu ölkələrin rəhbərləri ilə fikir mübadiləsi aparmaqdır”. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Jurnalist olmaq istəyirlərsə, düzgün olsunlar - Deputatdan irad
Siyasət 12:03
Jurnalist olmaq istəyirlərsə, düzgün olsunlar - Deputatdan irad
Prezident idmançılarla görüşüb
Siyasət 11:23
Prezident idmançılarla görüşüb
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:01
Milli Məclisin növbəti iclası başlayıb
Zaxarova AZAL təyyarəsinin qəzaya uğramasını Ukrayna ilə əlaqələndirib
Siyasət 08:00
Zaxarova AZAL təyyarəsinin qəzaya uğramasını Ukrayna ilə əlaqələndirib
Kadırov Prezidenti təbrik edib
Siyasət 20:29
Kadırov Prezidenti təbrik edib
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
Siyasət 18:43
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Siyasət 14:27
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Prezident onları təltif edib - Sərəncam
Siyasət 13:51
Prezident onları təltif edib - Sərəncam
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Siyasət 09:39
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox