• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

"Azərbaycan və Ermənistan müharibəyə hazırlaşır"

23.10.2016 09:20
Son aylarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda nisbi sakitlik müşahidə olunsa da, onlar davam etdirilir. Amma reallıqda tərəflər müharibəyə hazırlaşırlar.

Bunu Milli.Az-a Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaranmış son vəziyyəti şərh edən politoloq İlqar Vəlizadə bildirib.

Onun sözlərinə görə, son aylarda danışıqlarda müəyyən sakitlik müşahidə olunur: "Baxmayaraq, xarici işlər naziri Elmar Məmmədyarov bildirmişdi ki, danışıqlar gedir, işçi qruplar fəaliyyət göstərir, konsultasiyalar aparılır. Yəni bu, yalnız zahiri sakitlikdir, əslində proses davam edir. Lakin hələlik konkret açıqlamalar yoxdur və onun istiqaməti bizim üçün bəlli deyil. Hər halda biz ehtimal edə bilərik ki, əslində danışıqlar prosesi iki əsas məsələ üzərində qurulub. Onlardan birincisi Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 5 rayonunun və ya heç olmasa, bir neçəsinin azad edilərək qaytarılması, ikincisi isə tərəflərin təhlükəsizliyi və Ermənistanın deblokada olunması ilə bağlıdır. Yəni deokkupasiya və deblokada ilə bağlı məsləhətləşmələr aparılır".

Lakin politoloqun fikrincə, bu ərəfədə Ermənistan rəsmilərinin qeyri-konstruktiv mövqeyi, açıqlamaları göstərir ki, ermənilər əslində bu prinsiplə razı deyillər və ona görə də süni əngəllər törədirlər: "Məhz bu səbəbdən Azərbaycan və Ermənistan prezidentlərinin yaxın vaxtlarda görüşü gözlənilmir. Çünki ən azından Ermənistan tərəfi bu görüşə, konkret məsələləri müzakirə etməyə hazır deyil. Azərbaycan tərəfi isə artıq müəyyən mesajlar verib. İki tərəfin açıqlamaları müqayisədə əsaslı şəkildə ziddiyyət təşkil edir. Məsələn, Ermənistan tərəfi əraziləri boşaltmağa hazır olmadığını deyir və s. müxtəlif bəyanatlar səsləndirir. Azərbaycan prezidenti İlham Əliyev isə "Sputnuk Azərbaycan"a müsahibəsində Dağlıq Qarabağa hətta muxtar respublika statusunun verilməsinə dair müzakirə aparmağa da hazır olduğunu bildirib".

ATƏT-in Minsk qrupu həmsədrlərinə gəlincə, ekspert hesab edir ki, hazırda tərəflərin mövqelərini bir araya gətirməklə, onları yaxınlaşdırmaqla məşğuldurlar: "Bu isə vəziyyəti bir az da mürəkkəbləşdirir. Çünki fikirlər, yanaşmalar, mövqelər diametraldır. Həmsədrlərin buna nə dərəcədə nail olacağını hər halda zaman göstərəcək. Amma deyə bilərəm ki, həmsədrlərin tez-tez dəyişməsi danışıqlar prosesinə müəyyən əngəllər yaradır. Onsuz da bu məsələdə obyektiv əngəllər vardı, həmsədrlərin dəyişməsi isə əlavə subyektiv əngəllər yaradır".

Ona görə də İ.Vəlizadənin qənaətincə, indi müharibənin baş vermə ehtimalı daha çoxdur: "Müharibə ehtimalı həmişə var. Aprel hadisələri bunu bir daha təsdiq etdi və daha da gücləndirdi. Əslində, reallıqda tərəflər danışıqlardan nəticə gözləməkdən daha çox, müharibəyə hazırlaşırlar. Bunu bilmək üçün Ermənistanın son aylardakı hərəkətlərinə nəzər yetirmək bəs edər. Onlar bu arada müasir hərbi texnika ilə silahlanır, genişmiqyaslı hərbi təlimlər keçirir, cəbhə xəttində möhkəmlənmə işləri aparırlar. Bu isə o deməkdir ki, Ermənistan sülh istəmir, danışıqlara meyl göstərmir və cəmiyyəti də müharibəyə hazırlaşdırır. Azərbaycan isə bunu görür və şübhəsiz, adekvat addımlar atmağa məcburdur".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox