• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

İki gün bəzi yollar bağlı olacaq - Bakıda

İki gün bəzi yollar bağlı olacaq - Bakıda
24.10.2016 12:22
Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviçi Azərbaycanda rəsmi səfərdə olması ilə əlaqədar bəzi yollar bağlanacaq.

Bakıda iki gün ərzində bəzi yollarda hərəkətə məhdudiyyətlər qoyulacaq.

Bu barədə milli.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Bölmə rəisinin sözlərinə görə, Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycana rəsmi səfərdə olması ilə əlaqədar paytaxt Bakıda keçiriləcək əhəmiyyətli tədbirlərdə onun və digər rəsmi qonaqların iştirak edəcəyini nəzərə alaraq Bakı şəhər DYPİ əhalinin, avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə fasilələrlə bəzi küçə və prospektlər üzrə məhdudiyyətlər qoyularaq istiqamət dəyişdirilir:

"Bu gün saat 15:00-dan Bakı-Salyan yolunun 14-cü km-dən, yəni "Sədərək” t/m dairəsindən 3-cü Kənar Dairəvi yol istiqamətində avtomobillərin hərəkəti, eyni zamanda, Bayıl qəsəbəsindən Əhəd Yaqubov küçəsi ilə 20-ci Sahə istiqamətinə, 20-ci Sahədən isə Dağıstü yolla Badamdar qəsəbəsi istiqamətində müəyyənləşdirilib.

Həmçinin paytaxtın mərkəzi küçələrində, yəni Neftçilər prospekti, Yusif Səfərov, Koroğlu Rəhimov  küçələri, Heydər Əliyev prospekti, Parlament prospekti, Teymur Elçin, Niyazi, Lermontov, İstiqlaliyyət küçələri və onlara bitişən digər yollar üzrə avtomobillərin fasilələrlə hərəkətinə hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək. Bu ərazilərdə nəqliyyat sıxlığının yaşanmaması üçün sürücülərdən xahiş edilir ki, 25 oktyabr 2016-cı il tarixinədək həmin istiqamətdə şəxsi avtomobillərdən az istifadə etsinlər”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
İqtisadiyyat 16:08
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
İqtisadiyyat 16:30
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
İqtisadiyyat 15:34
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib  – KazMunayQaz
İqtisadiyyat 19:10
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib – KazMunayQaz
Bəzi hərbçilərin maaşları 10% artırılıb
İqtisadiyyat 17:18
Bəzi hərbçilərin maaşları 10% artırılıb
BP
İqtisadiyyat 18:37
BP "Şahdəniz" yatağında yeni platforma tikmək niyyətindədir
İqtisadiyyat 18:16
"Şəfəq" GES ilə bağlı investisiya qərarı bu il veriləcək - BP
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
İqtisadiyyat 12:29
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
İqtisadiyyat 11:28
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox