• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Prezident: Biz Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının formatı üzərində işləyirik

Prezident: Biz Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının formatı üzərində işləyirik
24.10.2016 18:11
"İlin əvvəlində Londonda Suriya ilə bağlı keçirilən konfrans zamanı bizim ikitərəfli məsələləri müzakirə etmək imkanımız oldu. Bu gün biz qarşılıqlı maraq kəsb edən ikitərəfli, regional, təhlükəsizlik məsələlərini, əməkdaşlıq, ticarətlə bağlı məsələlərlə əlaqədar geniş müzakirələr apardıq. Düşünürəm ki, bizim aramızda əməkdaşlığı inkişaf etdirməklə bağlı çox yüksək səviyyədə qarşılıqlı anlaşma mövcuddur”.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyevin Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç ilə keçirilən geniş tərkibli görüşdən sonra mətbuat üçün bəyanatında deyib.

O bildirib ki, əməkdaşlıq üçün möhkəm hüquqi baza var: "Üç il əvvəl mənim Xorvatiyaya rəsmi səfərim zamanı biz Strateji tərəfdaşlıq və dostluq haqqında Bəyannamə imzaladıq. Bu, əsas sənəddir, sənədin adı onun nə qədər əhəmiyyətli olduğunu göstərir. Beləliklə, biz strateji tərəfdaşlar və dostlarıq. Xorvatiya bizim üçün uzun illərdir ki, əməkdaşlıq etdiyimiz dost ölkələrdən biridir. Strateji tərəfdaşlıq və dostluq haqqında Bəyannamə əməkdaşlığımızın bütün sahələrini əhatə edir. Bizim çox yaxşı siyasi əlaqələrimiz var və sizin bugünkü səfəriniz bizim beynəlxalq təşkilatlar, BMT, ATƏT, Avropa Şurası çərçivəsində fəal əməkdaşlıq etdiyimizi göstərir”.

Prezident İlham Əliyev Xorvatiya prezidenti ilə Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığını geniş müzakirə etdiklərini söyləyib: "Mən Avropa İttifaqı və Azərbaycan arasında yaxınlaşmanı dəstəklədiyinə görə Xorvatiyaya minnətdarlığımı bildirirəm. Hazırda biz Azərbaycan və Avropa İttifaqının əməkdaşlığının gələcək formatı üzərində işləyirik. Biz artıq Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri imzalamışıq. Düşünürəm ki, bu potensial Avropa İttifaqı - Azərbaycan razılaşması üçün yaxşı əsasdır”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Jurnalist olmaq istəyirlərsə, düzgün olsunlar - Deputatdan irad
Siyasət 12:03
Jurnalist olmaq istəyirlərsə, düzgün olsunlar - Deputatdan irad
Prezident idmançılarla görüşüb
Siyasət 11:23
Prezident idmançılarla görüşüb
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:01
Milli Məclisin növbəti iclası başlayıb
Zaxarova AZAL təyyarəsinin qəzaya uğramasını Ukrayna ilə əlaqələndirib
Siyasət 08:00
Zaxarova AZAL təyyarəsinin qəzaya uğramasını Ukrayna ilə əlaqələndirib
Kadırov Prezidenti təbrik edib
Siyasət 20:29
Kadırov Prezidenti təbrik edib
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
Siyasət 18:43
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Siyasət 14:27
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Prezident onları təltif edib - Sərəncam
Siyasət 13:51
Prezident onları təltif edib - Sərəncam
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Siyasət 09:39
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox