• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

"Forbes" Azərbaycan haqqında süjet hazırladı - VİDEO

29.05.2020 07:17
Ələt qəsəbəsində yerləşən yeni Bakı limanı regionun dəyişən nəqliyyat sxemində mühüm hissə və inkişaf edən Yeni İpək Yolunun mərkəzində istehsalat mərkəzi olacaq.

ANN.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Forbes"in videosüjetində deyilir.

Qeyd olunur ki, liman Qazaxıstandan Avropaya, Rusiyadan İrana iki mühüm nəqliyyat dəhlizinin kəsişməsində yerləşir. Bildirilir ki, yeni Bakı limanının sahəsi 20 kvadrat kilometrdir və gələcəkdə burada azad ticarət zonası yaradılacaq.

Gələcəkdə limanda yükaşırmaları il ərzində 25 milyon ton olacaq və bir milyona yaxın konteyner daşınması mümkün olacaq.

Bildirilib ki, limanın birinci fazasının tikintisi 2017-ci ilə qədər tamamlanacaq və yükaşırma qabiliyyəti 11,5 milyon tona çatdırılacaq.

Yüklərin böyük hissəsi Çin, Mərkəzi Asiya və Avropa arasında daşınacaq.
 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İqtisadiyyat 07:17
"Forbes" Azərbaycan haqqında süjet hazırladı - VİDEO
Sosial evlərin tikintisinə başlandı - VİDEO
İqtisadiyyat 09:24
Sosial evlərin tikintisinə başlandı - VİDEO
Xəbər ANı: Dünya bazarında neftin ucuzlaşmasının Azərbaycana  təsiri
İqtisadiyyat 18:35
Xəbər ANı: Dünya bazarında neftin ucuzlaşmasının Azərbaycana təsiri
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol