• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Cəlilabadda su bəndi aşdı: Yol bağlandı – FOTOLAR

Cəlilabadda su bəndi aşdı: Yol bağlandı – FOTOLAR
27.10.2016 20:30
Cəlilabad rayonunun Cəfərli kəndi ərazisində su bəndi aşaraq ətraf ərazini basıb.

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Vidadi Dövlətovun APA-ya verdiyi məlumata görə, suyun səviyyəsi intensiv yağışlar səbəbindən qalxıb.

Hadisə nəticəsində Ələt-Astara magistralının rayonun Alar kəndindən keçən hissəsini də su basıb və yol bağlanıb. Təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədi ilə rayonun müvafiq qurumları hərəkətə gətirilib. Ələt-Astara magistralı ilə hərəkət edən nəqliyyat vasitələri üçün rayonun Cəfərli kəndi ərazisindən alternativ yol açılıb. Hazırda işlər davam etdirilir.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə,  Cəlilabad rayonu ərazisindən keçən 127,2-ci km-də Alar qəsəbəsini sel sularının basması təhlükəsi yarandığından yolun hərəkət hissəsinin qazılmasına zərurət yaranıb. Bu səbəbdən həmin ərazidə nəqliyyat vasitələrinin alternativ olaraq istiqaməti dəyişdirilib.

Belə ki, hər iki istiqamətə gedən minik avtomobilləri Üçtəpə-Ocaqlı kənd yollarından keçməklə, hərəkətlərini davam etdirə bilirlər, lakin bütün növ yük avtomobillərinin qeyd olunan istiqamətlər üzrə hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Xatırladaq ki, yağan intensiv yağışlar Cəlilabadda bir sıra fəsadlar törədib. Rayon mərkəzindən keçən Mişarçay çayı üzərindəki sututarda suyun səviyyəsi maksimum həddə çatıb. Su axınını təmin edən alternativ kanal körpünün qarşısında qazıldığı üçün Petrovka adlanan yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi tamam kəsilib. Mişarçay çayının məcrasından çıxması səbəbindən bir sıra iaşə obyekti su altında qalıb.
 
Foto: Azadinform.az
 





www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nərgiz Babayeva-Kərimova: “Xeyriyyəçilik mənim vəzifəmdir” – MÜSAHİBƏ
Cəmiyyət 02:18
Nərgiz Babayeva-Kərimova: “Xeyriyyəçilik mənim vəzifəmdir” – MÜSAHİBƏ
Cəlilabadda su bəndi aşdı: Yol bağlandı – FOTOLAR
Cəmiyyət 20:30
Cəlilabadda su bəndi aşdı: Yol bağlandı – FOTOLAR
Yerli icma üzvlərinə ingilis dili kursları keçiriləcək - FOTOLAR
Cəmiyyət 14:14
Yerli icma üzvlərinə ingilis dili kursları keçiriləcək - FOTOLAR
Jurnalistlər Hərb Tarixi Muzeyində - FOTOLAR
Cəmiyyət 23:03
Jurnalistlər Hərb Tarixi Muzeyində - FOTOLAR
Rafiq Tağı anıldı - FOTOLAR
Cəmiyyət 17:10
Rafiq Tağı anıldı - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol