• $ 1.7
  • € 1.9762
  • ₽ 0.021788
  • ₺ 0.0423
  • £ 2.2772

Badamdarı sökürlər – FOTOLAR

Badamdarı sökürlər – FOTOLAR
31.10.2016 10:00
Səbail Rayon İcra Hakimiyyətində yaradılmış işçi qrupu tərəfindən Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində torpaqların inventarlaşması aparılıb.

Bu barədə RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsindən Oxu.Az-a bildirilib.

Araşdırmalar zamanı müəyyən olunub ki, bu ərazidə, tikilməkdə olan su anbarlarının birbaşa yaxınlığında hektarlarla sahə müxtəlif şəxslər, işbazlar, torpaq alverçiləri tərəfindən saxta sənədlər əsasında zəbt olunub, ərazi hasarlanıb, bir çox yerlərdə qanunsuz tikinti işləri aparılıb.

İşçi qrupun apardığı araşdırmaların nəticəsi olaraq, RİH tərəfindən burada zəbt olunaraq hasarlanmış torpaq sahələrinin hasarlarının sökülərək ərazinin ilkin vəziyyətə gətirilməsi prosesinə başlanılıb. 

Badamdar qəsəbə nümayəndəsi Zaur Əliyevin verdiyi məlumata görə, RİH tərəfindən bu işlərə texnika və işçi qüvvəsi cəlb olunub və bir neçə gün ərzində 3,4 ha ərazidəki hasarlar və qanunsuz tikililər sökülərək ərazi təmizlənib.

Artıq 6 ha yaxın yeni ərazidə qeyri-qanuni zəbt olunmuş torpaq sahələrinin təmizlənərək dövlətə qaytarılması prosesinə başlanıb.

Araşdırmalar zamanı torpaq sahələrinin bəzi işbazlar və torpaq alverçiləri tərəfindən köhnə tarixlə hazırlanmış saxta sənədlər əsasında rəsmiləşdirilməyə cəhdlər olunduğu müəyyən olunub, qanunsuz torpaq zəbti və qeyri-qanuni tikinti işləri ilə bağlı materiallar və saxta sənədlər müvafiq tədbirlərin görülməsi məqsədi ilə Prokurorluq orqanlarına göndərilib.

RİH tərəfindən Badamdar ərazisində qanunsuz torpaq sahələri zəbti və tikintilərlə bağlı araşdırmalar və torpaq sahələrinin inventarlaşdırılması işləri daha qətiyyətlə davam etdirilir. 
 










www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir onu sədr təyin etdi- FOTO
İqtisadiyyat 15:15
Nazir onu sədr təyin etdi- FOTO
Kənan Yavuz: Bu Türkiyədə ən böyük üçüncü liman olacaq - FOTOLAR
09:23
Kənan Yavuz: Bu Türkiyədə ən böyük üçüncü liman olacaq - FOTOLAR
23:22
"Wizz Air" Azərbaycanla müqavilə bağladı - FOTOLAR
Bakıda 12 milyon manata villa satılır - FOTOLAR
22:06
Bakıda 12 milyon manata villa satılır - FOTOLAR
Azərbaycanda çörək və şirniyyatlar bahalaşdı -  FOTOLAR
İqtisadiyyat 11:56
Azərbaycanda çörək və şirniyyatlar bahalaşdı - FOTOLAR
Badamdarı sökürlər – FOTOLAR
İqtisadiyyat 10:00
Badamdarı sökürlər – FOTOLAR
Metronun yeni çıxışında hansı yeniliklər var? - AÇIQLAMA - FOTOLAR
İqtisadiyyat 12:12
Metronun yeni çıxışında hansı yeniliklər var? - AÇIQLAMA - FOTOLAR
Vahid kart sistemi ictimaiyyətə təqdim olundu - FOTOLAR
11:06
Vahid kart sistemi ictimaiyyətə təqdim olundu - FOTOLAR
Bakcell-in ALOV smartfonunun obyektivində Bakı - FOTOLAR
13:45
Bakcell-in ALOV smartfonunun obyektivində Bakı - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol