• $
  • £

Əliqismət Lalayev Beynəlxalq konfransda qaçqın teatrlarımızdan danışdı

Əliqismət Lalayev Beynəlxalq konfransda qaçqın teatrlarımızdan danışdı
31.10.2016 18:05
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində bu gün öz işinə başlayan Beynəlxalq Teatr Konfransında ölkəmizi Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev təmsil edir.
 
Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Ə. Lalayev konfransda "Azərbaycan teatrı və onun inkişaf yolları” movzusunda çıxış edib. Ə. Lalayev çıxışı zamanı cəmiyyətdə teatrların yeri və rolu barədə söhbət açarkən dünyada analoqu olmayan qaçqın teatrlarımızdan xüsusi olaraq danışıb. O, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündən sonra köçkünlük şəraitində fəaliyyətini davam etdirən İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı və Füzuli Dövlət Dram Teatrının hazırki fəaliyyətindən, vəziyyətindən, onlara göstərilən dövlət qayğısından söz açıb.
 
Ə. Lalayev müharibə zamanı bu sənət məbədlərinə ciddi ziyan dəydiyini, onların əmlaklarının, səhnə dekorasiyalarının, rekvizitlərinin, səhnə geyimlərinin döyüş bölgələrində - Azərbaycanın işğal olunmuş əzəli-əbədi, tarixi ərazilərində qaldığını, həmin teatrların binalarının azğın ermənilər tərəfindən vəhşicəsinə talan edilərək dağıdıldığını qeyd edib. 

Qeyd edək ki, iki gün davam edəcək konfransda İran, Əlcəzair, Əfqanıstan, İraq, Livan, Oman, Pakistan, Qətər, Suriya, Tunis və başqa ölkələrdən dəvət olunmuş mədəniyyət xadimləri və tanınmış teatr sənətçiləri iştirak edirlər.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Mədəniyyət 09:45
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol