• $
  • £

Astrid Lindqrenin “Uzuncorab Pippi” tamaşasının premyerası baş tutdu

Astrid Lindqrenin “Uzuncorab Pippi” tamaşasının premyerası baş tutdu
31.10.2016 12:13
2016-cı il oktyabr ayının 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində İsveç uşaq ədəbiyyatının ən məşhur nümayəndəsi Astrid Lindqrenin "Uzuncorab Pippi” səhnə əsərinin premyerası olmuşdur.

 A.Lindqren eyni zamanda "Damda yaşayan Karlsson”, "Lönneberqalı Emil”, "Madiken”, "Robberin qızı Ronya” və s. əsərlərin də müəllifidir.

İlk dəfə azərbaycan dilində nümayiş olunan "Pippi” tamaşası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, İsveç Krallığının Azərbaycandakı Səfirliyi və Azercell şirkətinin birgə layihəsinin məhsuludur.

Sözügedən teatr layihəsi bu ilin əvvəlində Səfirlik, Azercell şirkəti və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə kitab layihəsinin davamı olaraq təqdim olunur. Belə ki, qeyd olunan kitab layihəsi çərçivəsində Astrid Lindqrenin əsərlərindən ibarət 9 ədəd uşaq kitabı azərbaycan dilinə tərcümə edilərək nəşr olunmuş və 610 qaçqın məktəbinin kitabxanalarına hədiyyə edilmişdir.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında olan "Balaca və damda yaşayan Karlsson” tamaşası istisna olmaqla, demək olar ki, bu layihəyə qədər Astrid Lindqrenin əsərləri azərbaycan dilində mövcud deyildi.

Astrid Lindqrenin səhnə əsərinin əsl ruhunu əks etdirmək məqsədilə, səfirlik İsveçin tanınmış teatr rejissoru Ronny Danielssonu tamaşanın hazırlanması prosesinə cəlb etmişdir. Azercellin pay sahiblərindən olan Telia şirkətinin maliyyə dəstəyi ilə Ronny Danielsson iki dəfə Bakıya səfər etmiş, Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti ilə görüşüb, "Uzuncorab Pippi” əsərinin məşqlərində yaxından iştirak etmişdir.

Layihə tərəfdaşları Astrid Lindqren yaradıcılığını geniş Azərbaycan auditoriyasına təqdim etməklə hər bir uşağın cəmiyyət üçün əhəmiyyəti və onun kamil bir şəxsiyyət kimi formalaşmasının vacibliyini diqqətə çatdırır. Doğrudan da, uşaqlar istər Azərbaycan, istər İsveç, eləcə də digər ölkə vətəndaşlarının həyatında ən böyük sevincdir və Astrid Lindqren öz yaradıcılığında uşaqların orijinal yaradıcılıq qabiliyyətini ən yüksək səviyyədə təsvir edir.

Səfirlik eyni zamanda, Azərbaycan uşaq ədəbiyyatının daha geniş auditoriyaya təqdim edilməsi istiqamətində addımlar atmaqdadır ki, buna misal olaraq, Azərbaycanın müvafiq qurumlarının Astrid Lindqrenin xatirəsinə həsr olunmuş dünyanın ən nüfuzlu beynəlxalq uşaq ədəbiyyatı mükafatına namizəd təqdim edə bilən təşkilatların siyahısına düşməsinə köməklik edilməsini göstərmək olar.

"Uzuncorab Pippi” tamaşası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bədii şurasının qərarı ilə teatrın repertuarına daxil edilmiş və 2016-cı il oktyabr ayından etibarən noyabr ayındakı orta məktəb tətili də daxil olmaqla iki həftədən bir Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş olunacaqdır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Mədəniyyət 09:45
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol