• $
  • £

"Fuad Poladovun "Azdrama" ilə əməkdaşlığı davam edir" - Azər Paşa Nemət

03.11.2016 21:44
Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, xalq artisti Azər Paşa Nemət xalq artisti Fuad Poladovun teatrdan işdən getməsi qərarına yenidən münasibət bildirib.
 
ANN.Az APA-ya istinadən xəbər verir ki, teatrın direktoru deyib ki, xalq artisti teatrdan işdən getmək haqqında qərar qəbul edibsə, bu haqda rəsmi şəkildə ərizə yazmalıdır:
 
"İctimaiyyətin bu məsələyə həssas münasibətini nəzərə alaraq xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrından işdən getməsi qərarına bir daha münasibət bildirməyi lazım bildim. Oktyabrın 28-də mətbuata verdiyim açıqlamada qeyd etdiklərimi bir daha təkrar edirəm ki, Fuad Poladovun əsas iş yeri Dövlət Rus Dram Teatrıdır. O, Akademik Milli Dram Teatrında əvəzçilik üzrə çalışıb. Xalq artisti teatrdan işdən getmək haqqında qərar qəbul edibsə, bu haqda rəsmi şəkildə ərizə yazmalıdır. Həmin ərizə bizə təqdim edilməyib. Bu məntiqlə çıxış etsək, Fuad Poladovun Akademik Milli Dram Teatrı ilə əməkdaşlığı hələ də davam edir. Mənim Fuad Poladova münasibətim bəllidir, onu görkəmli sənətkar kimi hər zaman yüksək qiymətləndirmişəm”.
 
Azər Paşa Nemət əlavə edib ki, F. Poladov onun quruluş verdiyi "Hamlet”, "Şah Qacar”, "Afinalı Timon” və "Boy çiçəyi” tamaşalarında dublyorsuz oynayıb:
 
"Bu, mənim Fuad Poladova münasibətimin göstəricisidir. Eyni zamanda həmin tamaşalar mədəni ictimaiyyət tərəfindən həm sənət faktı, həm rejissor işi, həm də aktyor oyunu kimi yüksək qiymətləndirilib. Yeri gəlmişkən, onu da deyim ki, "Afinalı Timon” tamaşasını Fuad Poladovun 60 illik yubileyinə hədiyyə kimi hazırlamışdım. Bu fakt da mənim Fuad Poladova münasibətimin göstəricisidir. Əgər Fuad Poladov bizimlə işləmək istəmirsə, ona yalnız uğurlar arzu edə bilərəm. Qeyd etmək yerinə düşər ki, Akademik Milli Dram Teatrının kollektivinin də Fuad Poladova münasibəti hər zaman yüksəkdir, ona hörmətlə yanaşırlar. Bütün baş verənlərə baxmayaraq, Akademik Milli Dram Teatrı öz fəaliyyətini davam etdirir, kollektiv yüksək əhval-ruhiyyədə yeni tamaşalar üzərində çalışır".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Mədəniyyət 09:45
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol