• $ 1.7
  • € 2.0162
  • ₽ 0.022434
  • ₺ 0.0392
  • £ 2.3224

"Fənərbağça" klubu universitet yaradırRƏSMİ - EKSKLÜZİV

12.11.2016 12:02
Türkiyə mediasında "Fənərbağça” futbol klubunun yeni universitet yaradacağı barədə xəbərlər yayılıb. 

Sözügedən məsələ ilə bağlı "Fənərbağça” klubu ilə əlaqə saxladıq.
 
Klubun Təhsil, Mədəniyyət və Sağlamlıq Təşkilatından ANN.Az-a bildirilib ki, universitetin yaradılması ilə bağlı məlumatlar doğrudur:

 
 
"Türkiyə Respublikası Yüksək Tədris Qurumu (YÖK) "Fənərbağça” İdman Klubunun "Fənərbağça” Təhsil, Mədəniyyət və Sağlamlıq Təşkilatı vasitəsilə universitet yaratmaq layihəsini təsdiqləyib. Universitetimizin sənədləri YÖK tərəfindən təsdiq edildi və bundan sonra Milli Təhsil Nazirliyi və Türkiyə Böyük Millət Məclisinin (TBMM) təsdiqinə göndərilib. TBMM-dən sonra prezident təsdiqinə təqdim ediləcək. "Rəsmi qəzet”də bu barədə məlumat dərc olunduqdan sonra universitetimiz hüquqi status qazanacaq. Daha sonra təhsil-tədris planlaşdırılması, mövcud infrastruktur imkanlarına əlavə olaraq, fiziki genişlənmə və akademik proqramların bir neçə il ərzində inkişaf etdirilməsi işlərinə başlanacaq”

 
 
"Fənərbağça Universiteti idman elminin inkişafını əsas hədəf kimi götürüb. Bununla yanaşı, digər elm sahələrini də əhatə edəcək bir dünya universiteti formatında qurulur. Təhsil ocağında İdman elmləri, Sağlamlıq elmləri, Mühəndislik və Memarlıq, İqtisadiyyat və İdarəetmə, İctimaiyyətlə əlaqələr fakültələri də fəaliyyət göstərəcək. Eyni zamanda, magistratura mərhələsi üçün Sosial elmlər, Sağlamlıq elmləri fakütələri də daxil olmaqla, ümumilikdə, 5 fakültə və 20 akademik bölmə üzrə tədris prosesi təşkil olunacaq”, - deyə Klubun Təhsil, Mədəniyyət və Sağlamlıq Təşkilatının sədri professor Əli Rza Böyükuslu bildirib.

Kamil Əmirli
Orxan Aslanlı
 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
İdman 12:18
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
Pirlo:
İdman 09:38
Pirlo: "Terimin taktiki savadı çox aşağı idi, ancaq qışqırıb-bağırırdı"
Zabit Səmədova Çeçenistanda yeni vəzifə verildi
İdman 08:25
Zabit Səmədova Çeçenistanda yeni vəzifə verildi
“DÇ-2018”-in seçmə mərhələsinin oyunları keçirilib – NƏTİCƏLƏR
İdman 05:21
“DÇ-2018”-in seçmə mərhələsinin oyunları keçirilib – NƏTİCƏLƏR
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
İdman 04:41
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
Avropa çempionatını Azərbaycanda iki kanal birgə yayımlayacaq
İdman 02:54
Avropa çempionatını Azərbaycanda iki kanal birgə yayımlayacaq
Rio-2016: Azərbaycan idmançıları 18 medal qazandılar
İdman 02:50
Rio-2016: Azərbaycan idmançıları 18 medal qazandılar
Rio-2016: Azərbaycan ikinci medalını qazandı
İdman 02:22
Rio-2016: Azərbaycan ikinci medalını qazandı
İdman 01:34
"Bakıda "Formula-1" trası dünyada ən sürətli olacaq"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol