• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

AİB Azərbaycandakı layihələrə nə qədər kredit ayırıb?

AİB Azərbaycandakı layihələrə nə qədər kredit ayırıb?
15.11.2016 23:56
Bu gün İqtisadiyyat naziri Şahin Mustafayev Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Zanqla görüşüb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və AİB əməkdaşlığının genişləndirilməsi perspektivləri, bankın dəstəyi ilə həyata keçirilən layihələrin icrası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Ş.Mustafayev Azərbaycanın Asiya İnkişaf Bankı ilə əməkdaşlığa önəm verdiyini, bankın ölkəmizdə bir sıra layihələrin reallaşdırılmasına maliyyə dəstəyi göstərdiyini qeyd edib. Bildirilib ki, indiyədək AİB tərəfindən ölkəmizdə həyata keçirilən müxtəlif layihələrə 2,8 mlrd. dollar kredit ayrılıb. Azərbaycan AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramında da fəal iştirak edir. 2008-ci və 2011-ci illərdə CAREC-in Nazirlər Konfransının, 2015-ci ilin mayında AİB-in Müdirlər Şurasının 48-ci illik Toplantısının Bakıda keçirilməsi uğurlu əməkdaşlığımızın göstəriciləridir.

Azərbaycanda həyata keçirilən iri enerji və infrastruktur layihələrindən danışan Ş.Mustafayev Xəzərdə Dəniz Limanının tikintisi layihəsi üzrə I mərhələnin yekunlaşdığını, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və ölkəmizdə azad ticarət rejimli xüsusi iqtisadi zonanın yaradılması istiqamətində işlərin davam etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, AİB-lə infrastruktur layihələrinin icrası istiqamətində əməkdaşlıq davam etdirilə bilər. Bu istiqamətdə həmçinin xüsusi iqtisadi zonalara, Ələt azad ticarət rejimli xüsusi iqtisadi zonasında və sənaye parklarında birgə layihələrin həyata keçirilməsi mümkündür.

Azərbaycan Prezidentinin islahatlar paketi çərçivəsində ökəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən Şahin Mustafayev bankın özəl sektora maliyyə dəstəyi göstərməsinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, AİB-in kiçik və orta sahibkarlarla işləyən kredit ittifaqları ilə əməkdaşlığının genişləndirilməsi və özəl sektora ayrılan kreditlərin həcmini artırılması önəmlidir. Həmçinin qeyd olunub ki, AİB real sektora birbaşa kredit xətləri açmaqla bərabər, şirkətlərin səhm kapitalında payçı kimi iştirak edə, kənd təsərrüfatı sahəsində aqrobiznes layihələrində dövlət-özəl-bank əməkdaşlığı formatında layihələrə qoşula bilər. Ş.Mustafayev iqtisadiyyatın digər sahələrində də AİB-lə əməkdaşlıq perspektivləri barədə fikirlərini bildirib.

Asiya İnkişaf Bankının vitse-prezidenti V.Zanq bankın Azərbaycanla 1999-cu ildən uğurlu əməkdaşlıq etdiyini qeyd edərək, AİB-in növbəti 3 il üçün prioritetləri barədə məlumat verib. Azərbaycan-AİB əlaqələrinin genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşən V.Zanq infrastruktur, enerji, göllərin təmizlənməsi, xüsusi iqtisadi zonaların yaradılması və s. sahələrdə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol