İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin açılışında
Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə bu gün Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi öz işinə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edir.
Dövlət başçısı açılış mərasimində nitq söyləyir.
Tədbirlərə dünyanın informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 100-dən çox xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT və YUNESKO-nun vəzifəli şəxsləri, həmçinin regional media qurumlarının nümayəndələri dəvət olunublar.
Sessiyalarda beynəlxalq media qurumlarının - Dünya Konqresinin, OANA-nın, EANA-nın, FANA-nın prezidentləri, "Associated Press", "Reuters", "Sinxua", "Anadolu", TASS, "France Press", "Press Association", EFE, "Yonhap", "Kyodo", TT, SPA, BTA, AAP, İRNA, DPA, "Notimex", ATPE və digər nüfuzlu informasiya agentliklərinin, "Los-Angeles Times” qəzetinin, "Al Arabiya” televiziyasının rəhbərləri, "Tripod Advisors”, "News Corp”, "PwC”, "Axel Springer”, "Stibo Accelerator” aparıcı media şirkətlərinin mütəxəssisləri məruzələrlə çıxış edəcəklər.
Qeyd edək ki, Dünya Xəbər Agentlikləri Konqresi Rusiyanın TASS agentliyinin təşəbbüsü ilə ilk dəfə 2004-cü il sentyabrın 24-25-də Moskva şəhərində keçirilib. Sonrakı konqreslərə müvafiq olaraq İspaniya, Argentina və Səudiyyə Ərəbistanı ev sahibliyi edib. Konqresin əsas orqanı Şuradır. 2013-cü ildə Ər-Riyadda keçirilən IV Konqresdə "Associated Press", "Reuters", "Press Association", SPA, TASS, EFE, "Kuna", AZƏRTAC və TELAM agentliklərinin rəhbərləri, regional media qurumları olan EANA, OANA və FANA-nın baş katibləri Şuraya üzv seçiliblər. //SalamNews
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər