• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

SOCAR 275 tələbənin xaricdə təhsilini maliyyələşdirdi

SOCAR 275 tələbənin xaricdə təhsilini maliyyələşdirdi
16.11.2016 13:42
 Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) Gənclər Təşkilatları Milli Şurasının nümayəndələri ilə görüş keçirilib.

"Report” SOCAR-a istinadən xəbər verir ki, İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli son illər neft strategiyası çərçivəsində qazanılmış uğurlardan danışıb, bu nailiyyətlərdə gənclərin rolunu xüsusi qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında gənc nəslin beynəlxalq standartlara uyğun keyfiyyətli təhsil alması, peşəkar kadrların hazırlanması istiqamətində Şirkətdə həyata keçirilən layihələrdən danışılıb, gənclərin müasir elmi və təcrübi biliklərə həvəsləndirilməsi məqsədi daşıyan Təqaüd Proqramlarının əhəmiyyəti xüsusi vurğulanıb. Daxili Təqaüd Proqramının, SOCAR Yay Məktəbi layihəsinin gənclərin əhatə dairəsinin genişlənməsində, dünyagörüşlərinin artırılmasında, onların neft sənayesi haqqında dolğun informasiya əldə etməsində rolu qeyd olunub. SOCAR-da ehtiyac duyulan ixtisaslar üzrə istedadlı gənclərin dünyanın aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədi ilə Xarici Təqaüd Proqramı üzrə işlərin uğurla davam etdiyi diqqətlə çatdırılıb. Bildirilib ki, SOCAR-ın nəzdində peşəkar fəhlə kadrlarının hazırlanması prosesinə başlanılması gənclər arasında peşə təhsilinə marağın artmasına səbəb olub. 

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov çıxışında qeyd edib ki, Şura 114 QHT-ni özündə birləşdirir və ölkədə gənclər siyasətinin təşkil olunmasında mühüm rol oynayır. ARGTMŞ-nı təşkil edən qurumların SOCAR-la sıx əməkdaşlıqda maraqlı olduqları, fəaliyyət mübadiləsinin gələcəkdə sənaye və iqtisadiyyatın daha da inkişaf etməsinə şərait yaradacağı vurğulanıb.

Tədbirdə SOCAR-ın gənclərlə bağlı lahiyələri haqqında video-çarx nümayiş etdirilib. Daha sonra İRD-nin təlim və inkişaf şöbəsinin rəis müavini Roman Süleymanov təqdimatla çıxış edərək bildirib ki, 2004-2016-cı illər ərzində SOCAR-ın Daxili Təqaüd Proqramına 19 162 nəfər müraciət edib və 1918 tələbə təqaüdçü seçilib. Yay Məktəbi Proqramına 2 490 nəfər müraciət edib və 272 nəfər qalib olub. Ödənişli Yay Təcrübəsi Proqramına 5 663 nəfər müraciət edib və 1 372 nəfər təcrübəçi seçilib. Xarici Təqaüd Proqramı çərçivəsində 275 nəfər tələbənin xaricdə təhsili maliyyələşdirilib və təhsilini başa vuranlar işlə təmin olunublar. Həmçinin qeyd olunub ki, peşəkar fəhlə kadrlarının hazırlanması üzrə 2012-2016-cı illər ərzində təlim mərkəzlərinə qəbul üçün müraciət etmiş 8 561 nəfərdən 1 247 nəfəri məzun olub və 841 nəfər işlə təmin olunub. 

''İnternat Məzunlarının Sosial İnteqrasiyası'' gənclər İctimai Birliyinin sədri Araz Əhmədov internat evinin 100-dən çox məzununun peşə təhsili üzrə SOCAR tərəfindən maliyyələşdirildiyi və işlə təmin edildiyini, habelə ailə qurmuş 60 gəncin mənzil probleminin həll edildiyini bildirib. 





www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol