• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Proqnoz: Dollar artıq bu il avrodan baha olacaq

Proqnoz: Dollar artıq bu il avrodan baha olacaq
16.11.2016 20:50
Dollar/avro məzənnəsi 2016-ci ilin sonuna qədər paritetdən də aşağı düşəcək. 

"Report"un analitik qrupu hesab edir ki, dolların möhkəmlənməsi üçün bir sıra ciddi səbəblər var. Bunlardan ən əsası, ABŞ Federal Ehtiyat Sisteminin (FES) dekabrın 13-14-də keçiriləcək növbəti iclasında uçot dərəcəsinin artırılması ehtimalları ilə bağlıdır. ABŞ iqtisadiyaytı ilə bağlı açıqlanan son statistik rəqəmlər analitiklərin bununla bağlı ehtimallarını normal şərtlərdə 100%-ə çatdırıb.

Digər səbəb isə ABŞ iqtisadiyyatında müşahidə olunan dayanıqlı artımla bağlıdır. Bu onun deməyə əsas verir ki, ABŞ-da faiz dərəcələri hələ uzun müddət artmaqda davam edəcək. Dünyanın digər bölgələrindəki resessiya səbəbindən isə ABŞ-a kapital axını daha da güclənəcək, bu da öz növbəsində dolların möhkəmlənməsini sürətləndirəcək.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın investisiya xərclərini artırmaq barədə açıqlamaları isə ölkənin əlavə maliyyə vəsaitinə ehtiyac duyacağını, bunun da faizləri artıracağına və dollara tələbatı yüksək saxlayacağına işarə edir.

Qeyd edək ki, hazırda avronun məzənnəsi 1,07 USD/EUR səviyyəsindən aşağı enərək 2015-ci il dekabrın 4-dən sonra ən minimal səviyyəyə düşüb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol