"İskəndər"lərin Ermənistanda yerləşdirilməsi məcbur qalınmış tədbirdir - Sarkisyan
Ermənistan ərzisində "İskədər” raket komplekslərinin yerləşdirilməsi məcbur qalınmış tədbir idi.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Serj Sarkisyan "Rossiya seqodnya” ("Rusiya bu gün”) BİA-nın baş direktoru Dmitri Kiselyova verdiyi müsahibəsində bildirib.
"Düşünürəm ki, bu, regionda hərbi vəziyyəti sabitləşdirmək üçün məcbur qalınmış tədbirdir”, - Sarkisyan izah edib.
Prezident qeyd edib ki, Azərbaycan bir neçə il ərzində müntəzəm olaraq yeni silahlar alırdı, amma Ermənistan belə maliyyə imkanlarına malik deyildir, buna qarşı "İskəndər” kompleksləri yerləşdirildi.
O vurğulayıb ki, Yerevanın Rusiya ilə regionda qüvvələrin sabitliyinin qorunmasına dair müqaviləsi var.
"İskəndər” raket kompleksləri ilk dəfə sentyabrın 21-də Ermənistanın müstəqilliyinin 25 illiyinə həsr edilmiş hərbi paradda nümayiş edilmişdi.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər