• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Sarkisyan: “Azərbaycan dilində danışa bilirəm”

Sarkisyan: “Azərbaycan dilində danışa bilirəm”
17.11.2016 14:50
Ermənistan prezidenti Serj Sarkisyan "Rossiya Seqodnya” agentliyinin baş direktoru Nikolay Kiselyova müsahibəsi zamanı maraqlı məqama toxunub.
 
Modern.az saytı xəbər verir ki, müsahibə zamanı Bakı ilə Yerevan arasında "qaynar xətt”in yaradılmasından danışan Serj Sarkisyan Azərbaycan dilini bildiyini də xatırlayıb.

"Bəli, mən Azərbaycan dilində danışıram. Amma bu dildə danışanları anlamağım danışmağımdan daha yaxşıdır”-deyə o deyib.
 
Xatırladaq ki, Serj Sarkisyan 1954-cü il iyunun 30-da Azərbaycanın Xankəndi şəhərində anadan olub.

1989-cu ildən 1993-cü ilə kimi Dağlıq Qarabağdakı separatçı rejimin özünümüdafiə qüvvələri komitəsinə rəhbərlik edib. 1993-1995-ci illərdə Ermənistanın müdafiə naziri olub. 1995-1996-cı illərdə əvvəlcə dövlət təhlükəsizliyi departamentinin başçısı, daha sonra milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. 

Növbəti 3 ildə isə Ermənistanın daxili işlər və milli təhlükəsizlik naziri olub. 

2000-2007-ci illər arasında yenidən müdafiə naziri işləyib. 4 aprel 2007-ci ildən 19 fevral 2008-ci ilə qədər baş nazir, 19 fevral 2008-ci ildən isə Ermənistan Respublikasının prezidentidir.

Sarkisyanın arvadı Rita Sarkisyan da qarabağlıdır. Erməni prezidentin Anuş və Satenik adlı iki qızı var. Böyük qızı Anuş Sarkisyan ixtisasca hüquqşünasdır və Ermənistanın Vatikandakı səfiri Mikayıl Minansyanla evlidir. Ermənistan prezidentinin kiçik qızı Satenik Sarkisyan isə ixtisasça iqtisadçıdır. O, anası Rita Sarkisyanın qohumu və Ermənistanın Konstitusiya məhkəməsinin sədri Qalik Arutunyanla evlidir.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kadırov Prezidenti təbrik edib
Siyasət 20:29
Kadırov Prezidenti təbrik edib
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
Siyasət 18:43
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Siyasət 14:27
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Prezident onları təltif edib - Sərəncam
Siyasət 13:51
Prezident onları təltif edib - Sərəncam
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Siyasət 09:39
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 20:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Zakir Həsənov Liviyaya başsağlığı verib
Siyasət 18:33
Zakir Həsənov Liviyaya başsağlığı verib
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:14
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Siyasət 17:35
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol