• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

İlham Əliyevdən latviyalı həmkarı və Oman sultanına TƏBRİK MƏKTUBU

İlham Əliyevdən latviyalı həmkarı və Oman sultanına TƏBRİK MƏKTUBU
17.11.2016 21:05
Azərbaycan prezidenti İlham Əliyev Oman sultanı Qabus bin Səidi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
 
Məktubda deyilir:
 
"Əlahəzrət, ölkənizin milli bayramı – Təvəllüd gününüz münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Belə bir əlamətdar gündə sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Oman xalqına daim sülh və firavanlıq arzulayıram”.
 
Azərbaycan prezidenti həmçinin, latviyalı həmkarı Raymonds Veyonisi təbrik edib:
 
"Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. İnanıram ki, Azərbaycan-Latviya münasibətlərinin inkişafı, ənənəvi dostluq əlaqələrimizin möhkəmlənməsi, əməkdaşlığımızın bütün sahələrdə genişlənməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu xoş gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kadırov Prezidenti təbrik edib
Siyasət 20:29
Kadırov Prezidenti təbrik edib
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
Siyasət 18:43
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Siyasət 14:27
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Prezident onları təltif edib - Sərəncam
Siyasət 13:51
Prezident onları təltif edib - Sərəncam
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Siyasət 09:39
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 20:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Zakir Həsənov Liviyaya başsağlığı verib
Siyasət 18:33
Zakir Həsənov Liviyaya başsağlığı verib
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:14
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Siyasət 17:35
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol