• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

İlham Əliyev: Avropanı enerji ilə təchiz edən ehtiyatların bəziləri artıq tükənməkdədir

İlham Əliyev: Avropanı enerji ilə təchiz edən ehtiyatların bəziləri artıq tükənməkdədir
18.11.2016 14:24
"Cənub Qaz Dəhlizi” layihəsi təbii qazımızı ən böyük bazar olan Avropaya ixrac etmək üçün lazımdır. Avropaya isə bu layihə ona görə lazımdır ki, Avropanın əlavə qaz mənbəyinə ehtiyacı var. Çünki Avropanın inkişafına əlavə enerji ehtiyatları lazımdır və Avropanı enerjini təchiz edən mövcud ehtiyatların bəziləri artıq tükənməkdədir, onlara yeni ehtiyat lazımdır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçıları ilə görüşü zamanı bəyan edib.

Dövlət başçısı qeyd edib ki, Xəzər regionunda, Azərbaycanda təsdiqlənmiş yeni qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrdir. Onun sözlərinə görə, bu, Avropa istehlakçılarını on illərlə qazla təmin etməyə kifayət edəcək: 

"Biz bu layihəni heç vaxt regionda icra olunan hər hansı bir digər qaz layihəsinə alternativ və ya rəqib kimi saymamışıq. Bizim layihəmiz yalnız artıq mənim qeyd etdiyim hədəfə doğru yönəlib: istehsal etmək, təchiz etmək, istehlakçıların ehtiyaclarını ödəmək, tranzit ölkələrini sevindirmək və həm də ölkəmiz üçün qazanc əldə etmək. Beləliklə, layihənin icrası cədvəl üzrə gedir. Avropada bəzi ekoloji narahatlıqlarla bağlı gecikmələr var idi. 

Lakin məndə olan məlumata görə, artıq bu məsələlər öz həllini tapıb. 2018-ci ildə TANAP layihəsi vaxtında istismara veriləcək. Ümid edirik ki, 2020-ci ilə qədər "Cənub Qaz Dəhlizi” layihəsinin digər hissələri də icra olunacaq. 

Lakin yenə də qeyd etmək istəyirəm ki, biz layihənin iştirakçısı olan 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya və son mərhələdə layihəyə qoşulmaq arzusunu ifadə etmiş iki Balkan ölkəsi - Xorvatiya və Monteneqro arasında bu beynəlxalq əməkdaşlığı çox sıx şəkildə davam etdirməliyik”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol